Qıza həmişə elə gəlirdi ki, məhəbbətlə aclığın qaynayıb qarışmasından çox romantik bir vəhdət yaranır, lakin bu romantikanın həyatda necə olduğunu təsəvvürünə gətirə bilmirdi.
Bir şey xoşuma gəlmirsə, gəlmir, bəs mən nəyə görə özümü elə göstərməliyəm ki, güya, mənim xoşuma gəldi! Yalnız buna görə mi ki o, əksəriyyətin xoşuna gəlir və ya, güya, xoşuna gəlir ? Mən öz zövqümü dəbə uyğunlaşırmaq istəmirəm.
Məhəbbət həddindən artıq gözəl, həddindən artıq nəcib bir hiss idi. Məhəbbət həyatın cövhəri, varlığın ən yüksək forması idi və heç də hamıya qismət olmurdu.