Lə məhbubə illəllah!

Lə məhbubə illəllah!
@Muntha
Özünə həqiqi bir baxışla baxsan "öz"-ünü itirsərsən, Dost isə aşkar olar. (Şeyx Həmədani)
İnsan tövhid ağacına bənzəyir ki, onun meyvəsi ilahi sifətlərin insanda zühur olmasıdır. O ağac bu səməri gətirməyincə kamil deyildir. İnsanın kamal həddi Allaha qovuşmaqla nəticələnir. Yəni, o, Allah-taalanın sifətlərinin zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın. O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin. İnsanın dərdinə dəyən şeylər ilahi sifətlərdir. Yerdə qalan heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-əzəm də. Əgər tövhiddə qərq olsan, hər an Haqq-taalanın mərhəmətlərindən bəhrələnəcəksən. Hər an yeni-yeni mərhəmətlər vücudunu bürüyəcək.
Sayfa 113·Kitabı okuyacak
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim