...nə qədər fikirləşirəmsə, bu nəticəyə gəlirəm ki,
ömrümüz əyləncə içində keçirməyə dəyməyəcək qədər
qısadır. Gəl, həyatımızı elə tənzim edək ki, evli
həyatımızla subay həyatımız fərqlənsin.
Məsləhət gördü ki, həm səhərlər, həm də axşamlar bir
səhifə Quran oxuyaq. Bu, gündəlik işimiz oldu. Hər gün
sübh namazından və Əhd duasından sonra hərəmiz bir
səhifə Quran oxuyurduq. Çalışırdıq ki, ayələri tərcüməsi
ilə birgə oxuyaq. Yan-yana otururduq; birimiz oxuyur,
digərimiz də qulaq asırdı.( Şəhid Həmdin həyat yoldaşının xatirələrindən ) bu mənəviyyatı yüksək olan kitabı artıq 2dəfədir oxuyuram.. insana çox gözəl təsiri var.. İlahi görəsən nəsibimiz olarm şəhid ruhlu və şəhid həyatı yaşayaq... Əziz və şəhid ruhun Şad olsun Həmd ağa bizədə dua et.
İnsan tövhid ağacına bənzəyir ki, onun meyvəsi ilahi
sifətlərin insanda zühur olmasıdır. O ağac bu səməri
gətirməyincə kamil deyildir. İnsanın kamal həddi Allaha
qovuşmaqla nəticələnir. Yəni, o, Allah-taalanın sifətlərinin
zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın.
O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm
edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin.
İnsanın dərdinə dəyən şeylər ilahi sifətlərdir. Yerdə qalan
heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-əzəm də.
Əgər tövhiddə qərq olsan, hər an Haqq-taalanın
mərhəmətlərindən bəhrələnəcəksən. Hər an yeni-yeni
mərhəmətlər vücudunu bürüyəcək.