N.Muradova

N.Muradova
@MuradovaN
Xəzinələr kilometrlərlə uzaqda olan gizli qalıqlar deyil. Rəflərinizdə vərəqləri toz basmış kitablardır. Ən dəyərli xəzinə isə, insanın mənəviyyatıdır dostum..instagram.com/muradova._n
Bakı
10 Mayıs
50 okur puanı
Şubat 2023 tarihinde katıldı
Puan vermedi·224 syf.··
2025 39. kitabı
Bir kitab, bir nəfəs, bir yol yoldaşı… Bəzən həyatın ortasında, heç gözləmədiyin bir anda qarşına elə bir kitab çıxır ki, o, sadəcə oxunmaq üçün deyil — ruhuna toxunmaq üçün yazılıb. Beyhan Budak’ın “Hayat Acemileri İçin Yaşam Rehberi” mənim üçün məhz belə oldu. Onun daha əvvəl iki kitabını oxumuş, canlı seminarında iştirak etmişdim. Hər dəfə yazılarında elə bir səmimiyyət tapmışam ki, oxuyarkən sanki qarşımda oturub mənimlə söhbət edir. .Amma bu kitab… başqa idi. Daha dərin, daha yaxın, daha insani…Kitabda bir cümlə var ki, məni çox düşündürdü: “İyileşmek, yaralarımızı yok etmek değil; onlarla yaşamayı öğrenmektir .” Oxuyarkən anladım ki, həyat acemiliyi elə budur — hər şeyi bilmək deyil, bilmədiklərinlə də barışa bilmək… Xüsusən də emosionalsansa, həssas insansansa, həssas düşünənsənsə, həssas bir xasiyyətin varsa — nə edirsən et, həyatda bir az naşısan; bu naşılıq getmir. Bəlkə də buna görə həssas və emosional insanlar bir az xüsusidirlər. Və bəlkə də bu kitab məhz belə insanlar üçün daha çox şey deyir… Kitabda olan hər başlıgın sonunda yer alan “Özümə Notlar” hissəsini mən də özüm üçün yenidən yazdım.:) Çünki oradakı hər fikir insanı həyatda daha mərhəmətli, daha anlayışlı, daha sakit bir yerə aparır. “Kendine iyi davran. Çünkü senin en uzun ilişkin kendinle.”“Hayatta her şeyi aynı anda düzeltemezsin, ama küçük adımlar da bir yoldur.” Bəzən kitablar bitir, amma sənin içində yaşamağa davam edir. “Hayat Acemileri İçin Yaşam Rehberi” də məndə elə iz buraxan kitablardan biri oldu…
Hayat Acemileri İçin Yaşam RehberiBeyhan Budak · Kronik Kitap · 20243,698 okunma
Reklam
Puan vermedi·576 syf.··
2025 30. kitabı
·
21 saatte okudu
·
Okunma: 02 Haziran 2025 10:29
Faydalı bir kitab oxuduğum zaman yeni bir dost qazanmış kimi hiss edirəm. Nə vaxtsa kitabını oxudugum müəllifin yeni bir kitabını oxuduqda isə köhnə bir dostu yad edirəm... Müəllifl "Getmə" romanı ilə tanımışdım.Dərin və duygu dolu kitab idi.. Daha sonra "Katyuşa" indi isə "Günəşdən o yanda" adlı romanla..Romanın nədən bəhs etdiyini bilməsəm də, müəllifin dərin düşüncələrinə "Getmə" adlı romanda yaratdıgı Həmid obrazı sayəsində əmin idim. Günəşdən o yanda kitabının ilk səhifələrdə, yazıçı təxəyyülünün məni hara aparacağına dair fikirlərim qarışıq olsa da, (bəzi səhnələr insanı iyrəndirməklə bərabər, eyni zamanda insanı içdən silkələyir) oxumaq maragı daha üstün gəlirdi.. Məkanlar konkret deyil , rəmzidir, insanın içində qurdugu həbsxana kimi , qəhrəmanlar real görünür amma insan deyil, bir hiss, bir fikri təmsil edirlər. Ümumilikdə kitab həm fəlsəfi fikirlərlə, dərinliklərlə bol, eyni zamanda realistlik payı olan, mistik kitabdır.. Ədəbiyyatın ən güclü tərəfi də budur – bəzən bizim özümüz belə ifadə edə bilmədiyimiz hissləri sözlər vasitəsilə bizə göstərir, izah edir, bəzən də bizi tam içimizdə gizlətdiyimizlə üz - üzə qoyur. "Bu dünyaya gəlmək artıq məğlubiyyətdir. Sonadək ən yaxşı halda nəfsimizlə, ən pis halda mənsəb, maddiyyat ugrunda mübarizə aparırıq"(romandan) Ümumilikdə əsərdə olan dialoqlar, təsvirlər, yaradılış, insanın özünü dərk etməsi, qiyamət, yox olmaq mövzuları insanın daxili dünyasının və cəmiyyətə olan münasibətini, eyni zamanda inanc həm şübhə ilə üz - üzə qoyur. " Kitabı müqəddəs edən yazandan çox, oxuyanın fərdi keyfiyyətidir. Gözüaçıq dərk edənin əlində faydalı, gözüyumulu itaət edənin əlində faydasız və təhlükədir dini kitablar"(romandan) Romanında Filosof obrazının düşüncələrini bəyəndiyim qədər, hakim obrazına çox üzüldüm..
Günəşdən O Yandaİlqar Rəsul · Qanun Nəşriyyatı · 20251 okunma
Puan vermedi·629 syf.··
2023 25. kitabı
Əsəriin dərin emosional və mənəvi təsiri var. Toxunulan mövzular ədalətsizlik, vicdanın sınağa çəkilməsi, rüşvətxorluq və mənəvi dəyərlərin aşınması insanı düşünməyə vadar edir. Oxuduqca insan, öz həyatında hansı prinsiplərə sadiq qalmalı olduğunu və cəmiyyətin təsiri ilə nə qədər dəyişə biləcəyini sorğulamağa başlayır.Əsər oxucuya göstərir ki, haqsızlığa qarşı çıxmaq bəzən böyük risklər daşıyır.. Əsərin baş qəhrəmanı Aslan Məmmədovdur. O, dürüst və vicdanlı insandır, amma cəmiyyətin əxlaqsızlıq və rüşvətxorluq girdabına düşməmək üçün böyük daxili mübarizə aparır.. Aslanın həyatında yer tutan qadın obrazıdır, Nərgiz.. O, mərd və vicdanlı bir insandır, həmçinin, əsərdə insan duyğularının, sevginin və mənəvi dəyərlərin necə sınaqdan keçirildiyini göstərən simvollardan biridir. Əsərdə müxtəlif insan taleləri vasitəsilə vicdanın sükutunun necə fəlakətlərə yol açdığı göstərilir. Əsas qəhrəmanlar rüşvətxorluğun və haqsızlıqların içində sıxışıb qalan insanlardır.Bəzi səhnələr insanı məyus edir, bəziləri isə qəzəbləndirir və etiraz hissi oyadır.
Vicdan SusandaVidadi Babanlı · Çaşıoğlu Nəşriyyatı · 200995 okunma
Puan vermedi·344 syf.··
2023 17. kitabı
Waris Dirienin avtobioqrafik kitabıdır. O, kitabın müəllifi və baş qəhrəmanıdır. Waris Dirie Somalidə doğulmuş, ağır həyat şəraitində böyümüş və sonra dünyaca məşhur model və qadın hüquqları müdafiəçisi olmuş bir şəxsdir. Kitab onun uşaqlıq illərindən başlayaraq model kimi karyerasına və qadın sünnətinə qarşı apardığı mübarizəyə qədər həyat yolunu əks etdirir. Səhra sərt və çətin bir mühit olsa da, orada böyüyən bir çiçək azadlığın və yaşamaq uğrunda mübarizənin rəmzi kimi görünə bilər. Waris də bu mübarizədən qalib çıxıb və həyatını qadın hüquqlarına həsr edib. Bu obraz təkcə bir insanın həyat hekayəsini deyil, eyni zamanda minlərlə qadının yaşadığı ağrını və onların azadlıq uğrunda mübarizəsini də təmsil edir. Kitab fərqli mədəniyyətlərdən və həyat tərzlərindən olan insanların həyatına işıq saldığı üçün oxucunun empatiyasını artırır. Kitab sadə, lakin güclü və təsirli dildə yazılıb. Waris Dirie uşaqlıq xatirələrini çox səmimi və emosional şəkildə bölüşüb, oxuduqca isə onun ağrısını və sevincini hiss etmək çətin olmur. Hadisələr gerçək olduğu üçün kitab daha da təsirlidir .
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
Puan vermedi·160 syf.··
2023 19. kitabı
"Qisas" əsərinin əsas qəhrəmanları mürəkkəb psixoloji dünyaya malikdir və onların taleyi insanı dərin düşüncələrə sövq edir. Hər biri həyatın sərt üzünü görmüş, çətin seçimlər qarşısında qalmış və nəticədə fərqli yollarla "qisas" anlayışını yaşamış insanlardır.. Kitabda insan taleləri, ədalət axtarışı və həyatın sərt həqiqətləri çox real şəkildə təsvir olunub. Əsərin əsas kişi obrazlarından biri Əhməddir. Əhmədin həyat yolu və qarşılaşdıgı çətinliklər əsərin əsas xəttini təşkil edir. Əhməd, həyatın çətinlikləri ilə mübarizə aparan, ədalət və qisas arasında qalan bir şəxsdir. Onun ədalət axtarışı, daxili mübarizəsi və verdiyi qərarlar insanı dərindən düşündürür.. Əsərin əsas qadın obrazları Zülfüyyə və Ülviyyədir. Hər ikisi çətin həyat yolu keçib, fərqli xarakterlərə malikdir və onların seçimləri, qarşılaşdıqları ədalətsizliklər romanın dramatik yükünü artırır. Dünyaya baxışları fərqli olan bu iki qadınıın ortaq tərəfləri, hər ikisi həyatın çətinlikləri ilə üzləşməsidir. Əsəri oxucuduqca sadəcə bir müşahidəçi kimi yox, sanki o hadisələrin içindəymiş kimi hiss etdim..
İntikamTahir Kazımov · Sam Yayınları · 201012 okunma
Reklam