N.Muradova

N.Muradova
@MuradovaN
Xəzinələr kilometrlərlə uzaqda olan gizli qalıqlar deyil. Rəflərinizdə vərəqləri toz basmış kitablardır. Ən dəyərli xəzinə isə, insanın mənəviyyatıdır dostum..instagram.com/muradova._n
İnsanana çox iztirab verən, əslində nəyinsə olmaması yox, olmayan şey haqqında düşünməsidir.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bu dünyaya gəlmək artıq məğlubiyyətdir. Sonadək ən yaxşı halda nəfsimizlə, ən pis halda mənsəb, maddiyyat ugrunda mübarizə aparırıq.
Gəzdiyin hər küçə, girdiyin hər kafe, daddığın hər içki, baxdığın hər nöqtə, qurduğun hər xəyal sənə yalnız birini düşündürürsə... Ey, Kontrabasçı, burax da o küçəni, o kafeni, o içkini, o nöqtəni, o xəyalı, o adama get! Unutdu-ğunu söyləmək xatırladığını təsdiqləməkdən başqa bir şey deyil çünki...
Agac var, bir korun əlindən tutub gəzdirir,agac da var, bir korun ayagına dolaşır yıxır. Adamlar da agaclar kimidir. Əllərindən tutub gəzdirəni də var, ayaqlara dolaşanı da.
(möhtəşəm bir kitab) Ünsiyyət və yaxınlıq zahiri şeylərdir. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydururlar. Sonra günlərin birində bunun belə olmadığını, səhv etdiklərini başa düşdükdə kədərlənib hər şeyi ataraq qaçırlar. Halbuki insanlar mümkün olanla kifayətlənsəydilər, xəyallarndakıları həqiqətən zənn etməkdən vaz keçsəydilər, bu heç də belə olmazdı. Hər kəs nə təbiidirsə, onu olduğu kimi qəbul edər, ortada nə həyata keçməyən xəyal, nə də bunun nəticəsində baş verən kədər, qüssə qalardı... Bu cəhətdən hamımızın vəziyyəti acınacaqlıdır. Buna görə öz özümüzə heyifsilənməliyik. Müəyyən bir adama qarşı mərhəmətli olmaq o deməkdir ki, sən özünü ondan qüvvətli zənn edirsən. Halbuki, nə özünü bu qədər qüvvətli, nə də başqalarını özündən daha zavallı, daha miskin hesab etməyə heç kəsin haqqı yoxdur..
Alıntı