Seyyam

Seyyam
@MusaTurk
19 okur puanı
Eylül 2020 tarihinde katıldı
Düşünürəm
Görəsən bu yaşamla biz hara gedirik. Nələr düşünürük nələr edirik? Heç düşünmədiyimiz insanlardan yaralar alır sonra niyələr içərisində yaşamağa çalışırıq. Çox maraqlı hallar yaşanır. Hansı ki, görürsüz çox uzatdım mövzunu hə?. Çünki özümə belə anlam qazandıra bilmədiyim bir şeyi necə yazım?!. Hər kəs anlaşılmaq, anlamaq istəyir amma bir o qədər də aydınlanmaq üçün özünə fürsət tanımır. Bəlkə də düşünürlər ki, doğru olmadığımı anlayacağımdansa hər şey darmadağın qalsın....İnsanlara olan hörmətimi qorumaq üçün onlardan uzaq durdum. F.D .... Bəlkə də insanlara qiymət vermək, onları dəyərli hiss etmək, şüur altı özümüzə sonra əziyyət verəcək hislər toplamaqdan başqa bir şey deyil....Gedəcək...xatırlamayacaq...unudacaq... öləcək....və bizdə bizi sevənlər üçün bu hissləri yaşadacağıq....😐
Reklam
Bana asosial diye bilirsiniz. Çünki ben kirli kalabalık yerine, kaliteli yanlızlığımı seçiyorum. Tom Hardy
Aylar ötür günlər, saatlar keçir Hər an ümidim odur qırğınlığın keçir Güman etmə ki, sevgim azalır, bitir Bilmirəm həyat sənsiz necə keçir?! Kim deyir ki, yıxılmazam, güclüyəm Dolaşıram, gəzirəm amma ruh kimiyəm Yalnız səni görmək istəyir gözlərim Bir cüt qara gözlər üçün ölən biriyəm Çəkilib səssiz küncə hislerim Tək sənə yazmaq istəyir əllərim Düşünürəm axııı sən tanımışdın məni Nə etdin? Ay sönüb qaranlıqdır küçələrim Qalib deyiləm ki, sevincim yüksəlisin göylərə Paula Coelho deyilem ki, sevgimi benzedim dənizlərə Savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm İstə ki, ömürümü verim bircə cüt qara gözlərə. İstə ki, ömürümü verim bircə cüt qara gözlərə.🕊️ Musa Türk
Qadınsan
Yaman kövrək olmuşam ürəyim dərd tapalı, Bir bəhanə tap, qayıt, sən ki gözü qapalı İnandığın qadınsan. Heç kəsim yoxdur axı dərdimi ovutmağa, Əl-ələ gəzmək nədi, gözlərinə baxmağa Utandığım qadınsan. Sən ayrısan, əzizim, ifadə etmək olmur, Gözlərindən uzağa gördüm ki, getmək olmur, Dayandığım qadınsan. Səndə həqiqət tapıb, inanmışam sevgiyə, Hər doğulan günəşlə daha çox sevim deyə Oyandığım qadınsan.
Təbəssüm
Nə olub, əsəbi dalğalar kimi Coşursan, bir kəlmə söz demək olmur. Elə vurulmuşam təbəssümünə, Halımı görürsən, incimək olmur. Gülüşünü vəsf edərdim, heyif ki, Mən acizəm, qələm məndən betərdi. Dodağından gülüş əskik olmasın, Mənim ömrüm təbəssümün qədərdi.🕊️
Şiir
Reklam