Halbuki, bu qalın meşəliklərə yalnız qarasaçlı girmək mümkündür ki,oradan çıxdıqda saçlar ağ olsun...Elm özlüyündə insanın üzündə qırışlar əmələ gətirir, onu qurudur və solmağa məcbur edir; onun qocalıq qırışlarına ehtiyacı yoxdur.
Amma mən hələ də sürünürəm,hələ də üzümü və dizlərimi zirzəmilərin daşlarında qanatmağa məcburam.Mən hələ güman edirəm, amma görmürəm. Mən oxumuram,yalnız höccələyə bilirəm.
Xarici təəssüratlar onun şüuruna çatıncaya qədər bir çox dəyişikliklərə uğrayırdı. Onun beyni bir növ başqa aləm idi: ondan keçən bütün fikirlər,qırıq və əyri-üyrü şəkildə meydana çıxardı. Odur ki,düşüncələrinin düz-gün ola biləcəyi də şübhəliydi. Bunun nəticəsində dəfələrlə gördüyü şeylərə aldanır, dəfələrlə yanlış rəylər verir,beynində dəfələrlə çılğın və gic fikirlər əmələ gəlirdi.