Nigar Yazar

Qəlb qırmaq belə bir şeydir; dönər, dolaşar qırdığın, tapdalağın qəlbin qrıntıları ayağına batar. Nigar Qardələn- " Əmanət" kitabımdan bir hissə.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Dünən Fromun "psixoanaliz və din" kitabına təkrarən gözgəzdirəndə, Sigmund Freudun, ondan əvvəl isə Spinozanın dediyi bir fikir ilə rastlaşdım. Qeyd olunur ki, başqaları haqqında dediyimiz fikirlər əslində özümüz haqqında əsas rəyçi, ya da şahid qismində çıxış edir. Əlbəttə, qəbul etməliyik ki, ətrafımız bizim üçün güzgü rolunu oynayır və biz onlarda özümüzü görə bilərik. Birinə qarşı duyduğumuz qıcıq, yada qərəz, bəlkə də heyranlıq bunların hamısının bir ucu bizə də toxunur. Fəqət bunu tamamilə mütləqləşdirmək olmaz. Əvvəla biz sosiumda yaşayırıq, buda bizə fərs kimliyimizin yanında şəxsiyyət kimliyini də gətirir. Şəxsiyyəti isə cəmiyyətdən kənar təsəvvür etmək absurddur. Əgər biri haqqında olan mülahizəm məndən xəbər verirsə, bu eyni zamanda qarşıdakı insandan da, mənə təsir edən mühitdən də( sosial, coğrafi, bioloji və.s) xəbər verir. Atalar demiş od olmuyan yerdən tüstü çıxmaz. Cəmiyyətdə yaşayırıqsa istəsək də, istəməsək də hansısa qaydalara tabe olmalıyıq ; istər əxlaq qaydaları olsun, istərdə hüquqi statusu olanlar. Fikrimi tam izah etmək üçün nümunə çəkəcəm. Biz kimə oğru deyirik, hansısa əşyanı icazə olmadan mənimsəyənə. Bu bir mənalı olaraq qüsur kimi, hətta cinayət kimi qəbul olunur. Oğrunun kim olması ilə bağlı məlumatı artıq bilirik, deməli mən hamının qəbul etdiyi bu stereotipdən çıxış edərək birinə oğru deyirəmsə, qarşıdakı şəxsi tənqid edirəmsə bu həmin şəxsin reallığıdır. Məndə oynatdığı qıcıq və buna verdiyim reaksiya isə başdan sona mənimlə bağlıdır. Heç vecimə olmaya da bilərdi. Bu həmdə cəmiyyət də oğurluğa verilən məna yükünə də güzgü tutmuş oldu. #psixoanaltika #freud
Əvvəllər sadəcə ruh birləşər, cismlər pərən-pərən düşərdi. Xəyallar bir qurular, reallığımıza pərdə çəkilərdi. Mən səni uzaqdan, çox uzaqdan seyr edərdim. Amma... Leyli istər ki, hər gecə başucunda Məcnun olsun, saçlarına sığalı külək deyil, sənin əllərin çəksin. Gözlərimə yalnızlıq yox, sevgilim nəzər salsın. Otağıma sönməyə hazır mum yox, əbədi sevgimiz aydınlıq salsın. İstər ki, Leyli daha üzərinə zülmət kimi görünən kölgəsi deyil, Məcnunun təni yurd salsın. Biz qovuşaq daha, ruhumuz, cismimiz, arzularımız..... Bir olaq daha, tək bir nəfər.
Bir daha anladım ki, hər duyğu qarşılıqlı olmağa məcbur deyil. Hətta bəzən ən saf hislər tək tərəfli olanlardır. Ona görə ki, heç bir məqsəd, çıxar olmadan tutunuruq onlara. Sadəcə layiq bildiyimiz üçün....
Mədəniyyəti biz yaratmışıq. Ona görə ki, insanların bir-biri ilə əlaqəsi daha sistematik olsun. O bizə əmin amanliq verən alət kimi yaranıb. Əgər onu silah kimi istifadə edəcəyiksə, bir-birimizi öldürəcəyiksə " mədəniyyət" kultu adı altında, onda mən bunu qəbul etmirəm. İnsanları ayıran, incidən, aralarına məsafə qoyan, qan tökən mədəniyyətdənsə mədəniyyətsizliyi üstün tuturam!