Nigar Yazar

Hislerim məndən uzaqdır, çox uzaq. Ancaq ağlım var, oda bilmirəm kiməsə gərəkdir. Həmişə tələsirəm. Onun olduğu yerlerə. Əlində qiraqdan onu unutmaga çalışır kimi görünsəmdə mən sadece unutmaq üçün gedirdim. Gülməlidir bilirəm. Daddığın şeyi unutmaq onsuz da çətindir, birdə hərgün qoxlayaraq ətrini içinə çəkirsənsə imkansızdır. Amma mən onu deyil, məni aldatdığı o geceyi qoxlamaq istəyirdim. Nifrətin içimi daha çox tutmasını və sevgiyi girdab kimi içine çəkmesini umurdum. Amma əvəzində sadəcə acı qarışıq sevgi qalırdı mənə. Nifrət edirdim nəyəsə amma nə olduğunu bilmirəm, çünki daha çox sevgi hiss edirdi qəlbim amma acı üstünü ötürdü. Sevgim ölçüde idi acımda. O artdıqca digəri də artırdı. Beləcə həyat keçirdi..... Sadəcə keçirdi.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Dalğaları görəndə nə hiss edirsiz? Sizcə onlar dənizə aiddir, yoxsa yox? Əgər dalğalar da dənizin bir parçasıdırsa niyə dayanmadan ondan qopub sahilə varmaq istəyir? Yada əgər ondan bir hissə deyilsə niyə hələdə sahildə deyil? Niyə tam çatdığı anda yenə öz əvvəlki yerinə qayıdır? Əslində, ətrafımızda gördüyümüz insanlarda bəzən belə olur. Onlar nə bizə yaddır, nədə doğma. Nə getməyi bilirlər, nə qalmağı. Əslində, bizdə buraxmaq istəmirik. Cisimlərini qurban veririk belkə. Amma bəs ruh? O, qədər bir-birinə qarışır ki ruhlar ayırmaq olmur bu "sən" yoxsa "mən"dir. Axı "biz"i qoparmaq çox çətin olur ruhun dərinliklərinden.
Əzizim, bir döngü içinde olduğumu anladım bugün. İnsan dayanmadan yaşatdigini yaşayır durur. Bu bir karmadir sanki. Ağlatsan ağlayirsan, gec ya tez. Güldürsün gülürsən, gec ya tez. Ona görə bir dəfə daha özümlə qürur duyuram ki, həyatıma məqsəd xeyirxahlığı seçdim. Gülmək isteyiremse gərək güldürəm. Qirilmaq istemiremse gərək qirmayam. Bugün bir yaş daha böyümüş oldum.
Bəzən elə insanlar olur ki, bizə qarşı o qədər pis rəftar edirlər, o qədər soyuq olurlar ki, onlardan yaxşı nəsə gözləmirik artıq. Bele şeye ümidi kəsirik. Ve onlar yaxşı nəsə etse bele, bir yerdən sonra bu bize pis görsenir.
Bir siyah oda - beyaza mı həsrət? Bir bəyaz oda- siyaha mı həsrət? Kim dönüb də ona hardan boylanmış? Tapınaqdır ora iki kahinlə. Könül qapısının açarı gizlin Əslində Baxanın tam önündədir. Uzaq üfüqlərə baxan gözlərdə Açılmaz qapısı ağ qaranlığın . Nigar Yazar