NuriZadə

NuriZadə
@NNicatt
Şeir bir ürəyin döyüntüsü, bir ruh həyəcanı və göz yaşıdır. (Əbdülfəttah Şahin) instagram.com/n1cat_nrz?igsh=...
Müəllim
Bakı
5 Ocak
10 okur puanı
Ekim 2024 tarihinde katıldı
Məni inandırma
Tutarlı söz gəzmə özünü yorub, Məni bilirsən ki, aldatmaq asan... Desələr: "Ay səni qonaq çağırıb, Marsla evlənəcək", inanasıyam. Desələr göyləri şum eləyiblər, Günəşdən su alıb suvaracaqlar; Vallah, bu yalanı doğru deyiblər, Vallah, olasıdır bu olacaqlar. Deyirsən, "qorxum yox qorxularından, Özünə də yadsan, yadın da mənəm". Gözünü yumdunmu - yuxularında, Gözünü açdınmı - yanında mənəm. Dilinin ucundan tökülənləri Qaytarıb dilinin dibinə əksən, Bir yarpaq istisi tapsa əllərin, Bir insan kölgəsi itirəcəksən. Nə yaxşı çox sözə qəlbim inanır, Nə yaxşı ürəyim hələ uşaqdır. Hardasa qəlbimin bir damla qanı Riyadan, çamırdan, lildən uzaqdır. Baxma bu dənizə üzü düz kimi, Çölünü içinə bükən nəhəngdi. Mən də ilk baxışda o dəniz kimi... Hamarım, tumarım görünəcəkdir.
Şiir
Etimoloji Defteri
Mücellit Nedir ?
"Səbrimin çatlarıdır, yanağımdakı çizgilər. Səni göstərir axı, mənə bütün güzgülər." Orxan Bahadırsoy
Şiir
"Gəlmək var, getmək var, gəlməmək - nədi? Cənnət, cəhənnəm var, dözməmək - nədi? Sən heç bilirsənmi gözləmək nədi? İki söz bilirsən: gözlə, gələcəm..." Əkbər Qoşalı
Şiir
"Bu dünya gözəldir, yaşa dünyada Sən olan dünyaya qurban olaram" Nəriman Həsənzadə
Şiir
"İlahi, neyləsən sən mənə eylə, İlahi, o qızla işin olmasın."
Şiir