Həzm orqanlarınsa problemi olan şəxs nə qədərdə yemək yeyərsə,bu ona yalnız ağırlıq gətirər.Əxlaq baxımından problümi olan şəxsdə nə qədər elm öyrənərsə ona bir fayda verməz,əksinə daha ziyanlı nəticələr verər.
Doğurdanda insan ilk baxışda heyvandanda aşağı varlıq kimi görünür lakin əxlaqı nəticəsində mələkdəndə üstün varlığa çevirilir.Birinci haqqda Allahu-təala buyurmuşdur:”Onlar heyvan kimidirlər bəlkə onnanda daha zəlalət yolundadırlar”Bu baxımdan insan qiyamət günü deyəcək:”Kaş(bu əzabı görməmək üçün)torpaq olaydım!”Bununla belə insan elə mərhələyə yetişə bilər ki mələkdəndə üstün olar.Buna görə Allahu-təala peyğambərimiz(s)xitabən buyurmuşdur:”Sən olmasaydın yeri göyü yaratmazdım.”Peyğambər(s)özüdə buyurmuşdur:”Mən bütün ümmətimlə müqayisə edildim və onların hamısından üstün gəldim.”
İnsan hansısa əməli icra etdikdə onun qəlbində bir iz buraxır.Həmin əməl ikinci dəfə edildikdə onun təsiri bir o qədər artır.Sonradan o əməlin dəfələrlə təkrar edilməsindən sonra o əməl adət halını alır.Necə ki insan əlini yanar oda yaxınlaşdırdıqda ilk öncə onun istiliyini hiss edir.Dərhal əlini çəkərsə istilik tez bir vaxtda keçir.Ancaq əlini odun kənarında uzun müddət saxlayanda artıq əli yanmağa başlayacaq.Uşaqların təlim-tərbiyyəsini rahat şəkildə istənilən formaya salmaq,yaşlıları isə adət etdikləri xislətdən uzaqlaşdırmağın mümkünsüz olmağının səbəbi budur.İnsan öz qəlbini bəsirət gözü ilə nəzarətdə saxlayarsa o bütün qəbahətlərdən uzaq olar.