Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şeyx Əhməd Nəraqi

Şeyx Əhməd NəraqiMeracus Səadə yazarı
Yazar
1.0/10
1 Kişi
13
Okunma
6
Beğeni
624
Görüntülenme

Hakkında

Molla Əhməd Nəraqi 1185-ci hicri qəməri ilində Kaşan şəhərinin yaxınlığında yerləşən Nəraq məntəqəsində dünyaya göz açmışdır. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləi, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi. Molla Əhməd Nəraqi zahid və təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur. Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, xatəmul-fuqəha Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur. Onun müxtəlif sahələrdəki dəyərli əsərləri hərtərəfli elminin göstəricisi olub həm öz zamanında, həm də sonrakı dövrlərdə alimlərn diqqət mərkəzində olmuşdur. Belə ki, "Urvə" əsərinin müəllifi olan böyük fəqih Seyyid Kazım Yəzdinin həmişə müraciət etdiyi 3 fiqh kitabından biri Mərhum Nəraqinin "Müstənəd" kitabı olub. Nəraqi lətif ruha və və incə zövqə malik idi. Çoxlu irfani və əxlaqi şeirlər yazmış, "Divane əşar" və "Təqdis" iki divan şəklində çap olunmuşdur. Molla Əhməd Nəraqi öz təhsilinə əvvəlcə Kaşanda atasının yanıda başlamış, bir müddətdən sonra özü dərs verəcək səviyyəyə çatmışdı. Sonra İraqa gedərək Muhəmməd Baqir Vəhid Bəhbəhaninin dərslərindən bəhrələnir. Daha sonra müqəddəs Nəcəf şəhərində Seyyid Bəhrul-ulum və Şeyx Cəfər Nəcəfi Kaşiful-ğitanın, Kərbəlada isə Mirzə Muhəmməd Məhdi Musəvi Şəhristani və Seyid Əli Təbatəbainin şagirdi olmuş və məşhur qarilərdən biri kimi püxtələşərək Nəraqa qayıtmışdır.
Unvan:
şeyx
Doğum:
Nəraq

Okurlar

6 okur beğendi.
13 okur okudu.
15 okur okuyor.
67 okur okuyacak.
2 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Ö𝐯𝐥𝐚𝐝ı𝐧 𝐪𝐞𝐲𝐫ə𝐭𝐢𝐧𝐢 çə𝐤𝐦ə𝐤 𝐯ə 𝐨𝐧𝐮 𝐭ə𝐫𝐛𝐢𝐲ə𝐥ə𝐧𝐝𝐢𝐫𝐦ə𝐤 Bir qədər böyüyüb yaxşını pisdən ayıra bildikdə ona gözəl insanların əxlaqını, yemək-içmək, danışmaq, oturub-durmaq qaydalarını və s. öyrətmək lazımdır. Uşağa başa salmaq lazımdır ki, yeməyi sağ əli ilə yesin, yeməyə başlamazdan qabaq bismillah desin, öz yaxınlığındakı şeylər qala-qala kənardan götürməsin, süfrəyə başqalarından qabaq əl uzatmasın, yemək yeyərkən başqalarının yeməyinə və eləcə də onların üzünə baxmasın, tələsik yeməsin, tikələri yaxşı-yaxşı çeynəsin, əllərini və paltarını yeməyə bulaşdırmasın, çox yeməsin, qarınqulu olmasın. Uşağa öyrətmək lazımdır ki, düz və fikirləşərək danışsın, onunla danışanı yaxşı dinləsin, özündən böyük gəldikə ayağa qalxsın, bütün hərəkətlərində təmkinli, vüqarlı olsun. Onu pis uşaqlarla yoldaşlıq etməkdən çəkimdirmək lazımdır. Bax budur əsl ədəb. Qorxutmaq lazımdır ki, başqalarından heç nə almasın. Başa salmaq lazımdır böyüklük verməkdədir, almaqda deyil. Bir qədər də böyüdükdən sonra uşağa gözəl əxlaq öyrətmək lazımdır. Onu fəzilətlərə yiyələnib qəbahətlərdən çəkinməyə həvəsləndirmək, səbr, şükr, təvəkkül, şücaət, səxavət, düzgünlük, səmimiyyət kimi fəzilətləri aşılayıb həsəd, ədavət, paxıllıq, təkəbbür, oğurluq, xəyanət kimi pis işlərə qarşı ikrah hissi oyatmaq məqsədəuyğun sayılır.
"Zahiri paklığa fikir verib batini paklığa əhəmiyyət verməyənlər eynilə üzü bəzədilsə də, içərisində çürümüş meyit yatan qəbrə və ya içərisi zülmət qaranlıq olub damında işıq yandırılan evə bənzəyər."
Reklam
Təvazökar şəxs təkəbbürlü olanlara qarşı təvazökarlıq etməməlidir. Təkəbbürlü olanlar qarşısında təvazökarlıq etmək insanın özünü alçaltması deməkdir. Belə təvazökarlıq əslində insanın özünü alçaltması deməkdir. Eyni zamanda təkəbbürlü olan şəxsin daha da azğınlaşmasına gətirib çıxarır. Əgər təkəbbürlü şəxs qarşısında təvazökarlıq edilməsə, o, öz səhvini başa düşüb təkəbbürdən uzaq olmağa çalışar. Məhz bu səbəbdən həzrət Peyğəmbər(s) buyurmuşdur ki, ümmətimin təvazökarları qarşısında təvazökarlıq edin, təkəbbürlülərə qarşı isə siz də təkəbbürlü olun ki, qoy alçalsınlar.
Sayfa 165
“Cəhənnəm əhli dörd qrup insandan əziyyət çəkəcək ki, onlardan biri də dünyada söyüş söyən şəxsdir. Onun ağzından ara vermədən irin axacaq.” “Nə dediyinə və onun haqqında nələr deyildiyinə fikir verməyən adam gördükdə bilin ki, o ya vələdi-zinadır, ya da nütfəsi şeytanın nütfəsi ilə qarışmışdır..” “Allahın ən pis bəndələrindən biri də o şəxsdir ki, söyüş söydüyünə görə camaat onunla yoldaşlıq etmək istəmir.” Hz Muhəmməd (s)
Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyacınızdan artıq yemək toplamayın, ehtiyacınızdan artıq ev tikməyin, gec-tez əlinizdən çıxacaq (və ya ayrılacağınız) şeyə bağlanmayın və bir-birinizə həsəd etməyin!”
Sayfa 200Kitabı okudu
Mərhum ayətullah Behcətdən; Səadətə çatmaq üçün nə tövsiyə edirsiniz? deyə sual edildikdə, belə cavab vermişdir: Hər gün, çox dəyərli "MERACUS-SƏADƏ" kitabından yarım səhifə oxuyub, ona əməl edin.
Meracus Səadə
Meracus Səadə
Şeyx Əhməd Nəraqi
Şeyx Əhməd Nəraqi
@Name_Huseyni_kitap_qurdu_313

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
513 syf.
·
Puan vermedi
·
184 günde okudu
Mərhum ayətullah Behcətdən Səadətə çatmaq üçün nə tövsiyə edirsiniz? deyə sual edildikdə, belə cavab vermişdir: “Hər gün, çox dəyərli Meracus-Səadə kitabından yarım səhifə oxuyub, ona əməl edin.” Kitabı bir neçə ay ərzində oxuyub bitirdim. Sonda mənə elə gəldi ki, yalnız qalmışam və daha mənə doğruları göstərəcək nəsə yoxdur. Kitabın müəllifi (Allah ondan razı olsun) çox dəyərli bir kitab ərsəyə gətirib. Əxlaq elmi ilə bağlı oxuduğum ən mükəmməl kitab idi və hər bir müsəlmana oxumağı tövsiyə edirəm.
Meracus Səadə
Meracus SəadəŞeyx Əhməd Nəraqi · Nurlar · 201413 okunma
·
Puan vermedi
Əbədi səadətə qovuşmaq istəyirsən?..
İnsan fitrəti sonsuz kamal və gözəllik ardıncadır. Bir çox insanlar bu kamalı dünya ləzzətlərində arayırlar. Amma dünya məhdud və istəkləri sonsuz olduğundan dünya həyatında bu kamala çata bilmir... Gərək ki, düzgün yolda sabit qədəm olaq. ALLAH eşqinin sonsuz olduğunu bildikdən sonra bu yolda düzgün qərarlarla addımlamalıyıq ki, hədəfimizə çataq. ALLAH eşqini dadmaq üçün ilk öncə mənəviyyatımızı paklamalıyıq. Bunun üçün elm öyrənib,ona əməl etməliyik. Elmin ələ gəlməsində isə mütaliə əvəzsiz rol oynayır. Meracus-Səadə əsl mütaliəyə layiq bir kitab! Kitabı bir az təsvir edək: Cəmiyyətin istənilən təbəqəsinin (istər elmi az olsun,istər çox) tam anlayacağı şəkildə yazılmış bu kitab səadət zirvəsinə çatmağın yollarını bizə çatdırır. Birisi Ayətullah Behcətdən soruşur: - Səadətə çatmaq üçün nə edim? -Hər gün çox dəyərli "Meracus Səadətə" kitabından yarım səhifə oxuyub ona əməl edin.
Meracus Səadə
Meracus SəadəŞeyx Əhməd Nəraqi · Nurlar · 201413 okunma
10/10 puan verdi
Ağlın gücu
Bu kitabı çox bəyənirəm və hər kes məncə oxumalı bu kitabda insan oğluna lazım olan hər şey var ən əsasi ağlın gücu hislerin kontrolu daha kamil bir insan olmaq üçün oxuyun
Meracus Səadə
Meracus SəadəŞeyx Əhməd Nəraqi · Nurlar · 201413 okunma