Şeyx Əhməd Nəraqi

Meracus Səadə yazarı
Yazar
1.0/10
1 Kişi
13
Okunma
6
Beğeni
658
Görüntülenme

Şeyx Əhməd Nəraqi Sözleri ve Alıntıları

Şeyx Əhməd Nəraqi sözleri ve alıntılarını, Şeyx Əhməd Nəraqi kitap alıntılarını, Şeyx Əhməd Nəraqi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Zahiri paklığa fikir verib batini paklığa əhəmiyyət verməyənlər eynilə üzü bəzədilsə də, içərisində çürümüş meyit yatan qəbrə və ya içərisi zülmət qaranlıq olub damında işıq yandırılan evə bənzəyər."
Ö𝐯𝐥𝐚𝐝ı𝐧 𝐪𝐞𝐲𝐫ə𝐭𝐢𝐧𝐢 çə𝐤𝐦ə𝐤 𝐯ə 𝐨𝐧𝐮 𝐭ə𝐫𝐛𝐢𝐲ə𝐥ə𝐧𝐝𝐢𝐫𝐦ə𝐤 Bir qədər böyüyüb yaxşını pisdən ayıra bildikdə ona gözəl insanların əxlaqını, yemək-içmək, danışmaq, oturub-durmaq qaydalarını və s. öyrətmək lazımdır. Uşağa başa salmaq lazımdır ki, yeməyi sağ əli ilə yesin, yeməyə başlamazdan qabaq bismillah desin, öz yaxınlığındakı şeylər qala-qala kənardan götürməsin, süfrəyə başqalarından qabaq əl uzatmasın, yemək yeyərkən başqalarının yeməyinə və eləcə də onların üzünə baxmasın, tələsik yeməsin, tikələri yaxşı-yaxşı çeynəsin, əllərini və paltarını yeməyə bulaşdırmasın, çox yeməsin, qarınqulu olmasın. Uşağa öyrətmək lazımdır ki, düz və fikirləşərək danışsın, onunla danışanı yaxşı dinləsin, özündən böyük gəldikə ayağa qalxsın, bütün hərəkətlərində təmkinli, vüqarlı olsun. Onu pis uşaqlarla yoldaşlıq etməkdən çəkimdirmək lazımdır. Bax budur əsl ədəb. Qorxutmaq lazımdır ki, başqalarından heç nə almasın. Başa salmaq lazımdır böyüklük verməkdədir, almaqda deyil. Bir qədər də böyüdükdən sonra uşağa gözəl əxlaq öyrətmək lazımdır. Onu fəzilətlərə yiyələnib qəbahətlərdən çəkinməyə həvəsləndirmək, səbr, şükr, təvəkkül, şücaət, səxavət, düzgünlük, səmimiyyət kimi fəzilətləri aşılayıb həsəd, ədavət, paxıllıq, təkəbbür, oğurluq, xəyanət kimi pis işlərə qarşı ikrah hissi oyatmaq məqsədəuyğun sayılır.
Reklam
Təvazökar şəxs təkəbbürlü olanlara qarşı təvazökarlıq etməməlidir. Təkəbbürlü olanlar qarşısında təvazökarlıq etmək insanın özünü alçaltması deməkdir. Belə təvazökarlıq əslində insanın özünü alçaltması deməkdir. Eyni zamanda təkəbbürlü olan şəxsin daha da azğınlaşmasına gətirib çıxarır. Əgər təkəbbürlü şəxs qarşısında təvazökarlıq edilməsə, o, öz səhvini başa düşüb təkəbbürdən uzaq olmağa çalışar. Məhz bu səbəbdən həzrət Peyğəmbər(s) buyurmuşdur ki, ümmətimin təvazökarları qarşısında təvazökarlıq edin, təkəbbürlülərə qarşı isə siz də təkəbbürlü olun ki, qoy alçalsınlar.
Sayfa 165
Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyacınızdan artıq yemək toplamayın, ehtiyacınızdan artıq ev tikməyin, gec-tez əlinizdən çıxacaq (və ya ayrılacağınız) şeyə bağlanmayın və bir-birinizə həsəd etməyin!”
Sayfa 200Kitabı okudu
Elm göydən yağan yağışa bənzəyir. Ağaclar, bitkilər onun suyundan istədikləri qədər içir. Meyvəsi acı olan ağac onun suyundan nə qədər içərsə meyvəsinin acılığı daha da artacaq, meyvəsi şirin olan ağac da ondan içdikcə şirinliyi çoxalacaq. Elm də eynilə bu cürdür. Pak olmayan qəlba düşdükdə qəlbin napaklığı daha da artacaq. Yox əgər elm sahibinin qəlbi təmiz və pak olarsa, mənimsədiyi elm onu daha da saflaşdıracaq, başa düşəcək ki, ücb edib qürrələnmək axmaqlıqdan başqa bir şey deyil. Belə elmin bir faydası da odur ki, elm sahibi ücb edən şəxsin Allahın düşməni olduğunu dərk edib anlayır. Təsadüfi deyil ki, hədisi-qüdsidə buyurulur: (Ey insan!) Mənim dərgahımda hörmətli olmaq istəyirsənsə, özünü yüksək tutma! Özünü yüksək tutsan (öyünsən), dərgahımda heç bir qədr-qiymətin olmayacaq." Başqa bir hədisdə Allah-taala buyurur: "Özünüzü sındırım ki, Mən də sizi yüksəldim."
Sayfa 147
İstəksizlik və onun məzəmməti
Bu, o deməkdir ki, insan böyük, ali və yeri gəldikdə hətta təhlükəli işlərdən çəkinir, onları həyata keçirməyə istəyi, rəğbəti olmur, kiçik işlərlə kifayətlənir. Bu qəbahət nəfsin zəif olmasının nəticəsidir. Onun əks tərəfində isə istəyin böyük olması, himmət dayanır. Bu da o deməkdir ki, insanda böyük işlər görməyə istək, iradə vardır. İstəyi
Sayfa 114
Reklam
53 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.