Gönderi

Ö𝐯𝐥𝐚𝐝ı𝐧 𝐪𝐞𝐲𝐫ə𝐭𝐢𝐧𝐢 çə𝐤𝐦ə𝐤 𝐯ə 𝐨𝐧𝐮 𝐭ə𝐫𝐛𝐢𝐲ə𝐥ə𝐧𝐝𝐢𝐫𝐦ə𝐤 Bir qədər böyüyüb yaxşını pisdən ayıra bildikdə ona gözəl insanların əxlaqını, yemək-içmək, danışmaq, oturub-durmaq qaydalarını və s. öyrətmək lazımdır. Uşağa başa salmaq lazımdır ki, yeməyi sağ əli ilə yesin, yeməyə başlamazdan qabaq bismillah desin, öz yaxınlığındakı şeylər qala-qala kənardan götürməsin, süfrəyə başqalarından qabaq əl uzatmasın, yemək yeyərkən başqalarının yeməyinə və eləcə də onların üzünə baxmasın, tələsik yeməsin, tikələri yaxşı-yaxşı çeynəsin, əllərini və paltarını yeməyə bulaşdırmasın, çox yeməsin, qarınqulu olmasın. Uşağa öyrətmək lazımdır ki, düz və fikirləşərək danışsın, onunla danışanı yaxşı dinləsin, özündən böyük gəldikə ayağa qalxsın, bütün hərəkətlərində təmkinli, vüqarlı olsun. Onu pis uşaqlarla yoldaşlıq etməkdən çəkimdirmək lazımdır. Bax budur əsl ədəb. Qorxutmaq lazımdır ki, başqalarından heç nə almasın. Başa salmaq lazımdır böyüklük verməkdədir, almaqda deyil. Bir qədər də böyüdükdən sonra uşağa gözəl əxlaq öyrətmək lazımdır. Onu fəzilətlərə yiyələnib qəbahətlərdən çəkinməyə həvəsləndirmək, səbr, şükr, təvəkkül, şücaət, səxavət, düzgünlük, səmimiyyət kimi fəzilətləri aşılayıb həsəd, ədavət, paxıllıq, təkəbbür, oğurluq, xəyanət kimi pis işlərə qarşı ikrah hissi oyatmaq məqsədəuyğun sayılır.
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.