Meracus Səadə

Şeyx Əhməd Nəraqi
Basım Tarihi:
2014
Yayınevi:
Nurlar
ISBN:
9789952490404
Ülke:
Türkiye
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

Əbədi səadətə qovuşmaq istəyirsən?..
10/10
·250 syf.··
Beğendi
·
2025 1. kitabı
·
533 günde okudu
·
Okunma: 22 Ocak 2025 18:17
İnsan fitrəti sonsuz kamal və gözəllik ardıncadır. Bir çox insanlar bu kamalı dünya ləzzətlərində arayırlar. Amma dünya məhdud və istəkləri sonsuz olduğundan dünya həyatında bu kamala çata bilmir... Gərək ki, düzgün yolda sabit qədəm olaq. ALLAH eşqinin sonsuz olduğunu bildikdən sonra bu yolda düzgün qərarlarla addımlamalıyıq ki, hədəfimizə çataq. ALLAH eşqini dadmaq üçün ilk öncə mənəviyyatımızı paklamalıyıq. Bunun üçün elm öyrənib,ona əməl etməliyik. Elmin ələ gəlməsində isə mütaliə əvəzsiz rol oynayır. Meracus-Səadə əsl mütaliəyə layiq bir kitab! Kitabı bir az təsvir edək: Cəmiyyətin istənilən təbəqəsinin (istər elmi az olsun,istər çox) tam anlayacağı şəkildə yazılmış bu kitab səadət zirvəsinə çatmağın yollarını bizə çatdırır. Birisi Ayətullah Behcətdən soruşur: - Səadətə çatmaq üçün nə edim? -Hər gün çox dəyərli "Meracus Səadətə" kitabından yarım səhifə oxuyub ona əməl edin.
Din
Meracus SəadəŞeyx Əhməd Nəraqi · Nurlar · 201416 okunma
Ağlın gücu
Bu kitabı çox bəyənirəm və hər kes məncə oxumalı bu kitabda insan oğluna lazım olan hər şey var ən əsasi ağlın gücu hislerin kontrolu daha kamil bir insan olmaq üçün oxuyun
Felsefe-Düşünce
Meracus SəadəŞeyx Əhməd Nəraqi · Nurlar · 201416 okunma

Yazar Hakkında

Şeyx Əhməd NəraqiYazar · 1 kitap
Molla Əhməd Nəraqi 1185-ci hicri qəməri ilində Kaşan şəhərinin yaxınlığında yerləşən Nəraq məntəqəsində dünyaya göz açmışdır. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləi, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi. Molla Əhməd Nəraqi zahid və təqvalı bir şəxs kimi şöhrət qazanmış və gözəl əxlaqı dillər əzbəri olmuşdur. Onun üçün fəzilət olaraq sadəcə bunu qeyd etmək kifayətdir ki, xatəmul-fuqəha Şeyx Mürtəza Ənsarinin ustadı olmuşdur. Onun müxtəlif sahələrdəki dəyərli əsərləri hərtərəfli elminin göstəricisi olub həm öz zamanında, həm də sonrakı dövrlərdə alimlərn diqqət mərkəzində olmuşdur. Belə ki, "Urvə" əsərinin müəllifi olan böyük fəqih Seyyid Kazım Yəzdinin həmişə müraciət etdiyi 3 fiqh kitabından biri Mərhum Nəraqinin "Müstənəd" kitabı olub. Nəraqi lətif ruha və və incə zövqə malik idi. Çoxlu irfani və əxlaqi şeirlər yazmış, "Divane əşar" və "Təqdis" iki divan şəklində çap olunmuşdur. Molla Əhməd Nəraqi öz təhsilinə əvvəlcə Kaşanda atasının yanıda başlamış, bir müddətdən sonra özü dərs verəcək səviyyəyə çatmışdı. Sonra İraqa gedərək Muhəmməd Baqir Vəhid Bəhbəhaninin dərslərindən bəhrələnir. Daha sonra müqəddəs Nəcəf şəhərində Seyyid Bəhrul-ulum və Şeyx Cəfər Nəcəfi Kaşiful-ğitanın, Kərbəlada isə Mirzə Muhəmməd Məhdi Musəvi Şəhristani və Seyid Əli Təbatəbainin şagirdi olmuş və məşhur qarilərdən biri kimi püxtələşərək Nəraqa qayıtmışdır.