Görəsən yadına düşürəmmi heç?
Adımı eşitsən karıxırsanmı?
Bayırda çiskinli yağış yağanda,
Sən də mənim kimi darıxırsanmı?
Görəsən könlünə düşdüyüm zaman,
Mən sənin yuxuna gəlirəmmi heç?
Yəqin maraqlıdır sənə əhvalım,
Mən özüm necəyəm bilirəmmi heç?
Nüsrət Həsən
Buyurub bizlər üçün HZ.Peyğambərimiz,
O bizim incimiz,həmdə o bizim gövhərimiz,
Göy üzərində tək Allahdı bizim rəhbərimiz!
Yer üzərindəki sultandır ata,xandır ata!
Yer üzərindəki aultandır ata xandır ata!
Vüqar Biləcəri