Pumpkin Spice Kafe mənə görə tam bir payız mövsümündə oxunacaq, insana isti və sakitlik verən bir kitabdır. Oxuduqca payızın havasını, rahatlığını və kitabın verdiyi o yumşaq enerjini hiss etdim. Hekayə maraqlı başladı və özünü oxudan bir axını var idi. Lakin sonlara doğru — xüsusilə son 50 səhifədə 18+ səhnələrin çox olması bir az narahatlıq yaratdı. Buna baxmayaraq ümumilikdə xoş bir oxu təcrübəsi idi. Mənim favori kitabım olmasa da, pis bir kitab da deyildi. Bu yazardan oxuduğum ilk kitab idi və seriyanın ikinci kitabını da oxumağı düşünürəm, çünki oradakı cütlük mənim üçün daha maraqlı görünür.