Bu cür geniş üzrxahlıq qəzəbimi soyutdu.Həm də bu başıbəlalı tərəvəz mənə heç bir ziyan vurmamışdı. Ancaq səmimi olaraqümid edirdim ki , iri predmetlərin hasardan atılması yeni qonşumuzun hobbisi deyil. Belə vərdişi olan biri yaxşı adam ola bilməzdi.
Qəribə adam sanki fikirlərimi oxudu.
- Yox-yox! - o qışqırdı. - Narahat olmayın. Mənim belə adətim yoxdur. Təsəvvür edirsiniz, müsyö, insan tər tökərək çalışır ki, nəhayət, dinclik tapsın , ancaq birdən hiss edir ki , qayğı dolu keçmiş günlərdən , köhnə işindən ötrü darıxır.
Merkuri. Qanadlı carçı,kommersiya tanrısı, oğruların, juliklərin, zirək və fərasətli olanların hamsının himayəçisi. Merkuri doğulan gün liranı icad etdi . Həmin günün axşamı üçün Apollonun inəklərini oğurladı. O ən müxtəlif görkəmlər alaraq bütün dünyanı dolaşırdı . O, bir çox dillərdə adını daşıyan civə, maye metal kimi , ələkeçməzliyi , sürüşüb aradan çıxmağı- formanın qeyri- daimiliyinin hakimiyyətini təcəssüm etdirir.