Şüphesiz Zweigin oxuduğum (mene göre) en mənasız əsəri oldu. Daha doğrusu, əsərin özü yox baş qəhrəmanin hərəkətləri çox narahat etdi. Əsərdəki obraza ailəsindən miras qaldığı üçün ömründə heç maddiyyatla bağlı çətinliyi olmayıb, rahat bir həyat yaşayıb və sonradan bu rahat həyat ona gərəksiz gəlir ve hissizlesmeye başlayır. Sevdiyi insanın ondan ayrılması, yaxin dostunun ölümü bele onda kədər hissi oyatmir. O da sanki düşünür ki, bu sixici həyatı necə həyəcanlı hala çevirə bilərəm. Və bunu edərkən bir çox insanı (öz qəlbində) lağa qoyur, coxuna zərər verir. Daha sonra isə etdiyindən peşman olur. Kitabın sonunda isə bəzi "yaxşılıqlar" edərək vicdanını rahatlatmaga çalışır və beləcə əsər bitir. İndiyə kimi anlamaqdan ən çətinlik çəkdiyim obraz oldu