n͜͡a͜͡s͜͡r͜͡i͜͡n͜͡

n͜͡a͜͡s͜͡r͜͡i͜͡n͜͡
İnstagram hesapım : instagram.com/gidaeva_?igshid...
148 okur puanı
Mart 2020 tarihinde katıldı
Psixalogiya
10/10
·336 syf.··
Beğendi
·
2024 6. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Şubat 2024 00:00
Psixalogiya'ya marağınız varsa mütləq ki, Psixo 101 kitabını oxumalısınız. Kitabda müxtəlif illər üzrə aparılmış psixaloji eksperiment'lər, fakt'lar, təməl biliklər , testlər, həmçinin B.F Skinner, Ziqmund Freyd, Anna Freyd ( Ziqmund Freyd'in qızı), Stenli Milqrem, Alfred Adler, Solomon Aş, Con B. Uatson, Jan Piaje, Abrahan Maslau, Kurt Levin, Karl Yunq, Con Boulbi, Lev Vıqotski və digər psixalogiya sahəsində tanınmış şəxslərin həyat və təcrübələri, Geştalt psixalogiya, Koqnutiv psixalogiya, Vizual qavrayış, Biheviorizm, Sol və sağ beyin yarımkürəsi, Şəxsiyyət pozuntuları, Əhval pozğunluqları və s. yer almaqdadır.
Düşünce
Psixo 101Paul Kleinman · Qanun Nəşriyyatı · 2022608 okunma
Reklam
☆Eckhart Tolle •Şimdi'nin Gücü
10/10
·248 syf.··
Beğendi
·
2024 2. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Ocak 2024 00:00
Bir ay içində və ya illər sonrasında nələr olacaq deyə düşünməməyi öyrənməliyik. Önəmli olan bu günü diqqət mərkəzində saxlamağımız və yaşadığımız bu günün 24 saatını mümkün qədər dolu keçirdə bilməyimizdir. Dünənin peşmançılığının və ya sabahın ümidinin bizə bu günü yaşamağı unutdurmasına icazə verməməliyik. Nə də olsa dünəni geri qaytara bilmərik , sabahı isə yaşayıb ~ yaşamayacağımız bəlli deyil . Saat zamanı ilə psixaloji zaman arasındakı incə çizgini gözdən qaçırtmamalıyıq. Aradakı fərq nədir deyə sual yarana bilər: Hər kəsin qarşısına qoyubda çatmağı arzuladığı məqsədləri olur. Hansı ki, biz onları saatlara , günlərə görə planlayarıq və davamlı öhtəliklərimizi yerinə yetirəriksə uğur əldə etmiş olarıq 《 bu bizim saat zamanımızdır》 . Lakin, bəzi hədəflərimiz olar ki, onunçün həddindən artıq zaman ayırar, enerji sərf edərik . Həyatımızın mərkəzinə qoyar və digər hədəflərimizi, günlük yaşam şərtlərimizi göz ardı edərik. Qısaca sevincli vaxtlarımızda sevinməyi, hüzünlü vaxtlarımızda üzülməyi unudarıq. Beləcə fərqində olmadan saat zamanımızı gələcəkdən asılı psixaloji zamana çevirmiş olarıq. Şimdi'nin GücüŞimdi'nin Gücü Eckhart TolleEckhart Tolle
Kişisel Gelişim
Şimdi'nin GücüEckhart Tolle · Akaşa Yayınları · 20014,127 okunma
Disiplin
7/10
·104 syf.··
Beğendi
·
2023 9. kitabı
Disiplinli olmaq bütün uğurların özəyidir! Bunun üçün : Gündəlik yaşamımızda ediləcəklər siyahısını yazmaq üçün plan dəftəri ayırmaqla başlamaq olar. Oyanma saatınızı, günə necə başlamalı olduğunuzu ( ms: günə kitabla, idmanla və s. başlaya bilərsiz), günboyu etməli olduğunuz işlərinizi ( sadədən-mürəkkəbə doğru), növbəti günü planın hazırlamaq qeydin və yatmalı olduğunuz saatı qeyd edirsiz. ( davamlı etsəniz müəyyən müddət sonra xırda detallara qədər planlamanıza gərək qalmayacaq ☆bunun üçün 21 gün qanunundan istifadə edə bilərsiniz) ◇ Günümüzdə zamanımızı idarə etməmizə ən böyük maneələrdən biri də telefonlarımızdır. Mümkün qədər günlük ekran sürəsini azaltmağa çalışın. Bunu özünüzdə formalaşdırmaq üçün : -Səhərləri oyanandan sonra ən az 1 saat telefondan uzaq olun. -Bütün sosial şəbəkə bildilişlərini səssizə alın. -Bəzi proqramlarda ekran sürəsin aktivləşdirin ki,lazımından çox zaman ayırdıqda sizə xatırlatma etsin. - Gecə yatmazdan da ən az 1 saat əvvəl telefonla olan bütün işlərinizi bitirin( mümkünsə yataq otağınızda saxlamayın). Vaxtın İdarə EdilməsiVaxtın İdarə Edilməsi
Düşünce
Vaxtın İdarə EdilməsiHarvard Business Review · Teas Press Nəşriyyatı · 047 okunma
10/10
·160 syf.··
Beğendi
·
2021 4. kitabı
·
7 günde okudu
·
Okunma: 03 Nisan 2021 13:23
Kitabın adından da göründüyü kimi, gənc Verterin həyat iztirabları haqqında hekayəsiylə tanış oldum.. İlk başda ölümdən nifrət etdiyini deyən Verterin, sonrakı səhifələrdəki intihara meyilli düşüncələri məyus etdi məni(( amma çox bəyəndiyim və çox axıcı kitab oldu. Kitab haqqında geniş yazmayım. Sonda isə kitab önərisi üçün Pervin SeferalizadePervin Seferalizade sənə çox-çox təşəkkür edirəm❣
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0149,9bin okunma
10/10
·352 syf.··
Beğendi
·
2021 2. kitabı
·
36 günde okudu
·
Okunma: 04 Mart 2021 17:30
Beyin necə inanılmaz və heyrətamiz şah əsəridir?! Beyin qəribə orqan olsa da, bizə yad təsiri bağışlasa da, neyronal şəbəkələri ilə daxili dünyamıza yön verir. Beynimiz başa düşüləcək qədər sadə olsaydı, biz onu anlayacaq qədər ağıllı olmazdıq. Və bu kainatda kəşf etdiyimiz ən xariqüladə şey beynimizdir, yəni özümüzük.!
İncognito - Beyinin Gizli HəyatıDavid Eagleman · Qanun Nəşriyyatı · 20188,1bin okunma
Reklam