Sevgi hissindən fərqli olaraq, nifrətin saxtası olmur. Birinin sənə nifrət etdiyini bildikdə, özünü, ona qarşı daima müdafiə etmiş bir vəziyyətdə gəzirsən.
- İllərlə yoxmuş kimi davrandın, iyirmi il sonra anidən ortaya çıxdın, atalıq damarın qabardı və sən qızını axtarmağa qərar verdin. Bu, mənim nəyi başa düşməyimə səbəb oldu, bilirsinizmi?
- Təbii ki, mənim, vaxtında qızımı himayəmdən uzaq tutub, sonradan çox peşman olan, vəzifəmi yerinə yetirməkdə gecikən bir ata olduğuma.
- Qətiyyən. Sənin cəmiyyətdə imicini qoruyan, bunun üçün əsl simanı hər kəsdən məharətlə gizləməyi bacaran, şəxsi mənafeyi üçün hər kəsdən, hər şeydən vicdan əzabı çəkmədən istifadə edən, dünya yansa, közündə manqal düzəldən, günahsız bir uşağa öz zibillərini ört-basdır etmək üçün dolanbaclı yollarla tələ quran bir şərəfsiz olduğuna.
Geçmişimizle, bugünümüzle, yarınlarla ilgili umutlarımızla bir bütünüz biz. Gerekirse acı da çekeceğiz, gün olacak mutluluktan havalara uçacağız. İnsanoğlunun kaderi bu…