Nazlı

Nazlı
ASOİU
Baku
13 Kasım 2004
94 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Oxumalısan!
Puan vermedi·264 syf.··
2026 1. kitabı
Nələrdən bixəbər imişik?! Oxuduqca nələrdən təcrid olduğumuzu, Rəsulumuz (s.a.v) yaşadığının çox kiçik hissəsini belə yaşamayıb amma daima şikayət, narazılıq və çətinlikdən danışmağımızın rişxəndə layiq bir hal olduğunu anladım. Səbr, təmkin, ədalət, əxlaq və neçə bundan daha çox üstün keyfiyyətləri özündə birləşdirən bir liderin həyatını hər kəs öyrənməlidir, ən azından hüzur və doğru yaşam axtarışında olanlar… Hər hərəkət mi ibrətəlayiq olar? Oxuduqca yalnız heyranlıq və ürək titrəməsi hissinə qapıldım. Mütləq oxunmalı kitablar siyahınıza əlavə etməyinizi çox istərəm.
Herkes İçin Siyer - Mekke DönemiMuhammed Emin Yıldırım · Profil Kitap · 20214,124 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Review
Puan vermedi·258 syf.··
2026 3. kitabı
Liderliklə bağlı əsaslar özünü geniş şəkildə tapıb kitabda. Tövsiyə edirəm ki, bu xüsusiyyəti özündə təkmilləşdirmək istəyən hər kəs nəşrdən faydalansın. Buna baxmayaraq, yetərincə lakonik olmaması diqqətdən qaçmır. Case-lərin daha geniş olması oxucunu sona qədər mütaliə etməsinə mane olur. Nəticə etibarilə, düşünürəm ki, Harvard Business Review-nun seriyalarında biri olan bu kitab nəzərdə tutduğumuz istiqamət üzrə bizə “güzgü” tutmaqda kömək edəcək.
LiderlikHarvard Business Review · Optimist Yayınları · 2013140 okunma
Puan vermedi·343 syf.··
2025 14. kitabı
Stephanın fikirləri məişətdə qarşılaşdığımız, lakin həll yolu tapa bilmədiyimiz və ya xüsusi konsultasiyaya ehtiyac duyduğumuz aspektlərdir. Buna baxmayaraq, fikirlər, nümunələr faydalı olsa, da, sona qədər oxumaqda çox çətinlik çəkdim. Axıcılıq və ya tərcümə cəhətdən kifayət qədər uğurlu kitab deyil.
Yüksək Effektli İnsanların 7 VərdişiStephen R. Covey · Qanun Nəşriyyatı · 20143,765 okunma
Bir yerdən başlamaq lazımdır!
Puan vermedi·80 syf.··
2025 13. kitabı
Pul nə zaman səni tapır? Sualın cavabını kitabda fərqli başlıqlarla tapmaq olar. Səmimi olmaq gərəkərsə, mən də fərqli baxış açısı yaratmadı. Buna rəğmən özümdə qeyd apardığım və nəzərə aldığım əsas nüanslar oldu. Tövsiyə edirəm ki, yeni başlayanlar və ya ümumilikdə pul perspektivini anlamağa çalışanlar kitaba müraciət etsin.
Para Kazanma SanatıPhineas Taylor Barnum · Ren Kitap · 20250 okunma
Puan vermedi·118 syf.··
2025 12. kitabı
İslamı yaşayırıq, yoxsa “ondan-bundan” eşidib fikir olsun deyə qəbul edirik? İlk öncə bunu sorğulamalıyıq. “İslamı yaşamaq” anlayışı onu dərk etməkdən irəli gəlir. Özümüzə verdiyimiz “Niyə?” Suallarının cavabında bu yanaşmanı və ya əqidəni qəbul etməliyik. Hardan başlamaq - məsələsinə gəldikdə isə Ömər Mənsuroğlunun bu kitabı sizə bu yolda işıq tutacaq deyə düşünürəm. Cəmiyyətin dayadığı, dost-tanışın dedikləri deyil real sübut və mənbələrə əsaslanan bir əqidənin isbatı. Fikirlər çoxdur, amma oxunulması üçün demək yox, tövsiyə etməyin tərəfdarıyam….
Nə Üçün İslam?Ömer Mensuroğlu · 201920 okunma