Həqiqət hər șeydən qüdrətlidir. Əgər biz eyni fikirlərə meyil göstəririksə, istisna deyil ki, bunun səbəbi onların bizim qəlbimizin dərinliklərinde həkk olunmuş həqiqiliyidir. Və biz həqiqətlə üzləşəndə heç onu başa düşməsək də, cavab hiss edirik, onun șüurumuzla necə həmahəng səsləndiyini hiss edirik. Biz, çox ola bilsin, haqiqətə çatmaq yox, onu yadımıza salırıq, onsuz da daxilimizdə gizlənmiş olanı üzə çıxarırıq, öyrənə bilirik.
Mikelancelonun dövründən etibarən heykəltəraşlar işlərində nöqsanları, çatları əridilmiș mumla və onun üstünə də daşın tozunu səpməklə gizlədirdilər. Üsul, əlbəttə, başaldatma hesab olunurdu, buna görə da "mumsuz" - latincada "sine cera" - "səmimi", "vicdanlı." çıxırdı. Bu söz birləşməsi ingilis dilində bu günə qədər də qalmaqdadır. İndiyə qədər məktubun sonunda, ismarıcda yalan olmadığına və "'mumsuz" yazıldığına işarə olaraq, "Sincerely yours" - "səmimiyyətlə sizin" imzasını qoymaq qəbul olunub.
Biliklər həndəsi silsilə üzrə toplanır. Biz nə qədər çox biliriksə, bir o qədər yaxşı öyrənirik və biliklərin bazasını bir o qədər sürətlə genişləndiririk.