Kitabın ilk 20 səhifəsində əsəbləşməyə başladım, çünki ne məktəbdə, nə universitetdə, nə də 27 illk həyatımda Şahmar kimi birini tanımamışdım və mənə mümkünsüz, həddindən artıq şişirdilmiş bir qəhrəman kimi gəldi. Sonra anladım ki, biz dünyanın yaxșı tərəfini görməyə çalışırıq. Amma hərgün küçələrdə, ușaq evlərində, həbsxanalarda yüzlərlə belə ușaq, belə insan məhv olur. Niyə? Çünki biz onları həyata qaytara bilmirik. Qaytarmaq istəmirik. Amma o insan sevdiyimiz, dəyər verdiyimiz biri olsa əlimizdən gələni edərik yəqin ki. Deməli seçici yanaşırıq. Açığı kitab o insanları necə həyata qaytara bilərik demir, ancaq onların var oluşunu və onlara nece davranmamalıyıq onu göstərir. Mən tabuların danışılmasını sevən biriyəm, elə bir "ayy ayıbdır o haqda danışma" və ya "o forma danıșma" deyən biri deyiləm, ancaq kitabın bəzi jarqonları mənə belə artıq gəldi), Yenə hər anımıza şükür etməyi xatırlamamız üçün oxumağa dəyər bir kitabdır.
Kitabdan bir neçə cümlə qalsın burda:
1. "Müəllimlər günündə hamı 20 manat verəndə mən 10 manat verdiyim üçün uşağımdan acıq çıxır"- məktəb vaxtı ən çox güldüyüm cümlə idi. Bir də sinif rəhbərinin yanına hazırlığa göndərmək
2. "Valideyn olmaq, ana olmaq uşağı dünyaya gətirmək deyil. Ömrünü ona sərf etməkdir"- bunu anlamadan cəmiyyətə uşaq gətirilməməlidir. O uşağa bunları yaşatmağa haqqınız yoxdu.
3. "Twenty years from now you will be more disappointed by the things that you didnt do than by the ones you did do. Sail away from the safe harbor. Explore. Dream. Discover".
4. "Toylarda qulağına verdiyin əziyyətlə ölçülür toy sahibinə yaxınlığın" - Allah bizi səhnəyə yaxın otuzdurulduğumuz toylardan qorusun
5."Həmin gün elədliklərimin qarşılığını alacağım gün idi. Belə günlərdə insanın qarşısında iki seçim olur. Birincisi, səhvlərini başa düşüb