Dünyada yoldaşlıq əlaqəsindən müqəddəs bir əlaqə yoxdur! Ata öz övladını sevir, ana öz övladını sevir, övlad ata-anasını sevir, ancaq bu o cür sevgi demək deyil, qardaşlar, heyvanlar da öz balasını istəyir. Ancaq qan ilə deyil, ruhən qohum olmağı yalnız insan bacarır.