Nəzrin İsmayılova

240 syf.
10/10 puan verdi
Kitabın axıcılığına söz ola bilməz. Mövzusu da fərqli və maraqlıdır. Əsər bunun üstündə qurulub: yazıçı xanım Oliver bir cinayət hekayəsi yazır, bu hekayə festivalda oyun kimi istifadə olunur və əsərdəki qurban rolunu oynayan qız, doğrudan da, öldürülür. Yazıçı qadın obrazı Agatha Cristienin özünün prototipidir. Son 20-30 səhifə xüsusilə həyəcanlı idi. Kitab özü yorucu deyil, amma cinayətin çözüldüyü son hissə bir az şok effekti yaratdı: gözlənilməz sonluq, ağlasığmaz cinayət motivi. Agatha Cristie zəkasına hər dəfə bir az da heyran oluram. Sırf zövq almaq və vaxtını maraqlı keçirmək üçün əla seçimdir.
Ölünün Malikanəsi
Ölünün MalikanəsiAgatha Christie · QANUN NƏŞRİYYATI · 20211,032 okunma
Reklam
296 syf.
9/10 puan verdi
Kitabın məzmunu və sujeti maraqlı gəldi. Detallardan çox danışılır, amma sıxıcı deyil. Pulun gücü, yaratdığı imkanların ağlasığmazlığı çox gözəl ifadə olunub. Sonu çox gözlənilməz oldu, kitabın digər hissələri də olduğuna görə konkret, kəskin bir sonu yoxdur. Növbəti hissələri də oxumağı düşünürəm. Gözlədiyim kimi detektiv ya da macəra dolu bir əsər olmadı, amma bəzi məqamlarda həyəcan və gərginlik yaratmağı bacardı. Ən əsası, kitabın dili çox axıcıdır.
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 029 okunma
212 syf.
9/10 puan verdi
Kitabın sonluğu, sözün əsl mənasında "wow" dedirtməyi bacardı. Ortalarda elə təəssürat yaranır ki, qatil bəllidir, amma sonu çox gözlənilməz olur. Kitabın adının mənasını oxuyub bitirəndən sonra anladım. Qanbay Qasımlının zəkasına və ədalətinə heyran olmamaq əldə deyil. Bu, Elxan Elatlıdan oxuduğum 3-cü kitabdır, onun qələmini, şok sonluqlarını çox bəyənirəm. Bu da növbəti oxunmağa dəyər bir kitabdır. 8.5/10
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Teas Press · 0459 okunma

Reader Follow Recommendations

See All
255 syf.
8/10 puan verdi
Romanın mövzusu çox maraqlı və qeyri-adidir. Qatil, detektiv Erkül Puaroya meydan oxuyurmuşcasına öncədən göndərdiyi məktubla qətli törədəcəyi yeri və günü bildirir. İşin qəribə tərəfi, öldürdüyü qurbanları və cinayətin baş tutduğu şəhəri əlifba sırasına görə seçir. Əsər çox gözlənilməz sonluqla bitdi, sona qədər qatili təxmin etmək mümkün olmadı. Agathanın digər əsərləri kimi, bu da axıcıdır. Müzakirələrə, qatilin psixoloji durumunu təxmin etməyə yer verilməsi xoşuma gəldi. Amma məncə sonluğunda sanki beyində suallar qalır. Bir sözlə, 8.5/10
Əlifba Sırası ilə Qətl
Əlifba Sırası ilə QətlAgatha Christie · Qanun Nəşriyyatı · 20185.2k okunma
288 syf.
9/10 puan verdi
Kitabın avtobioqrafik əsər olması və yazıçının yazdığı ilk roman olması diqqətimi çəkdi. 20-ci əsrin 20-30-cu illərində Avropanın iki böyük paytaxt şəhəri – Paris və Londondakı sosial vəziyyəti cəmiyyətin ən aşağı təbəqələrinin gözündən göstərir. Səfil həyat incəliklərinə qədər təsvir edilir və bu, kitabı daha axıcı və maraqlı edir. Baş qəhrəman səfilliklə üz-üzə qalır, bu halı ilə həyatda qalmağa çalışır və o, kitabda bu müddət ərzində başına gələnlərdən bəhs edir. Müxtəlif obrazlarla, tipajlarla, fərqli obrazların səfilliyə verdiyi fərqli reaksiyalarla tanış olmaq üçün çox uyğun əsərdir. Yəqin ki, uzun müddət "iyerarxiya" deyəndə yadıma düşən ilk əsər olacaq.
Paris ve Londra'da Beş Parasız
Paris ve Londra'da Beş ParasızGeorge Orwell · İndigo Kitap · 20216.4k okunma
Reklam