Oliqarxın Varisi

Çingiz Abdullayev

Comments and Reviews

See All
296 syf.
9/10 puan verdi
Kitabın məzmunu və sujeti maraqlı gəldi. Detallardan çox danışılır, amma sıxıcı deyil. Pulun gücü, yaratdığı imkanların ağlasığmazlığı çox gözəl ifadə olunub. Sonu çox gözlənilməz oldu, kitabın digər hissələri də olduğuna görə konkret, kəskin bir sonu yoxdur. Növbəti hissələri də oxumağı düşünürəm. Gözlədiyim kimi detektiv ya da macəra dolu bir əsər olmadı, amma bəzi məqamlarda həyəcan və gərginlik yaratmağı bacardı. Ən əsası, kitabın dili çox axıcıdır.
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 030 okunma
Reklam
296 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
"...Nikolay düşüb maşının qapısını açdı. Rinat adəti üzrə pencəyinin düyməsini bağladıqdan sonra maşından endi. Anzor dönüb onlara baxırdı. Yaxınlıqdan yaşlı bir qadın keçirdi, əlində ərzaq dolu torba vardı. Rinat bir addım yana çəkilib Nikolayın arxasına keçdi. Nikolay da yaşlı qadına yol vermək üçün bir addım geri çəkildi. Onlar bir xətt boyunca dayanmışdılar. Elə bu vaxt atəş açıldı. Nikolay heyrətlə atəş açanlara tərəf baxdı və yavaş-yavaş yerə sərildi. Sinəsində iki qan ləkəsi əmələ gəldi və ləkələr sürətlə böyüməyə başladı. Rinat qolunda güclü bir zərbə hiss etdi, qeyri-ixtiyari aşağı əyildi. Anzor silahını çıxartdı və çığıraraq Rinata dedi ki, Nikolayın yanında yerə uzansın. Yenə bir neçə dəfə atəş açıldı. Rinat korlanmış pencəyinə baxdı. Əvvəlcə yalnız pencəkdə açılan və onu tamamilə yararsız hala salan dəliyə görə məyus olmuşdu. Sonra dəliyin ətrafına yayılan ləkəni gördü və əlini vuranda bunun qan ləkəsi olduğunu anlayıb təəccübləndi..."
Çingiz Abdullayev
Çingiz Abdullayev
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 030 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.