Gör, həyatda necə daşqəlbli, iyrənc adamlar olub ki, belə sənətkarlara böhtan atıb, onun həyatına qıyıblar. Lermontov kimi sənətkarı tarix çox nadir halda yetirir. Şair Nəsimi keçmiş şairləri iki qismə bölüb. Birinci sənətin hesabına varlanan, kökələn şairlər. Belələri saray şairləri, yaltaq şairlər, yalnız öz şəxsi mənafeyini güdənlər olub. İkincisi, isə həqiqətən yazan, həyatını xalqa bağlayan, xalq səadəti uğrunda çarpışan şairlər. Lermontov belə sənətkarlardan olub.