Ailə. Bütün pisliklərin, yaxşı niyyətlə edildiyi yer...
Bəyəndiyim bu sitatı romana həsr edirəm. Psixoloji roman, bizə bütün baş verən hadisələrin birdən-birə olmadığını, zəncir halqalarının gün keçdikcə, bir az- bir az qırıldığını bir daha sübut edir. Kənardan baxanda problemsiz, öz halında ailə görürük. Ən azından bizə göstərilən budur. Roman belə başlayır: Lidiya öldü, ancaq evdə hələ bunu bilmirlər.
Valideynlərinin sevimlisi Lidiya qəfildən yoxa çıxır və ölü tapılır. Hadisələr 1970-ci illərdə Amerikada, Çin əsilli Li ailəsinin həyatında baş verir. Li ailəsi cəmiyyətdə qəbul görmür, çünki irqləri fərqlidir. Ceyms (ata) Çinlidir. Hətta Merlinin (ana) anası bu səbəbdən onların evliliyini qəbul etmir. O, Merlinə gələcəkdə uşaqlarının yaşayacağı çətinlikləri bildirir. Ancaq Merlin buna əhəmiyyət vermir.
Ceyms uşaqlarının öz taleyini yaşamasını istəmir. O, övladlarının cəmiyyətə qarışmasını, populyar olmasını arzulayır və bunun üçün əlindən gələni edir. Merlin isə yaşaya bilmədiyi həyatı qızının yaşamasını istəyir. Onun fikrincə, Lidiya “edə bilməz” deyilən hər şeyi etməli, çox uğurlu olmalı idi. Anası və özü kimi evdar qadın deyil, həkim olmalı idi. (Onsuz da insan həyatda istədiyini əldə etmir, bircə şeyi bacarır, o da istəklərinə çatmadan keçinməyi öyrənməkdir.)Lidiyanın ölümündən sonra ailə addım- addım, bir - birindən uzaalaşır. Bundan sonra ailənin hər bir üzvü həm özünü, həm də keçmişi sorğulamağa başlayır. Ailənin bir- birinə demədikləri, içlərində gizlətdikləri çox söz var.
Sənə deyəsi o qədər sözüm var ki
Əgər sevdiklərimizə ürəyimizdən keçənləri keçənləri deməsək, gec ola bilər. (Hal- hazırda "This i love " dinləyirəm)Gələk taleyi bir-birinə bənzəyən uşaqlara. Nat (qardaş) evin ilk uşağıdır. Bütün qayğının bacısına verilməsindən şikayətçi deyildi. Onsuz da