Həyat onu inkar etsən də, ona biganə qalsan da, onu saya salmasan da, həmişə səndən güclüdür. Hər şeydən güclüdür. İnsanlar ölüm düşərgələrindən qayıdıb dünyaya uşaq gətirirdilər. İşgəncələrə məruz qalan, yaxınlarının ölümünə, evlərinin yanıb kül olmasına şahid olan kişi və qadınlar yenə avtobus dalınca qaçır, hava xəbərlərini müzakirə edir, qızlarını ərə verirdilər. İnanmaq çətin olsa da, bu belədir. Həyat hər şeydən güclüdür.
Başımı qoparıb yerə, önümə qoymaq, bir təpik ilişdirib o ki var uzağa vıyıldatmaq istəyirəm.
Qoy onu heç kim heç vaxt tapmasın.
İşə bax ki, mən heç topa vurmağı da bacarmıram.
Yəqin, əyri vurardım.