Nicat Baxşiyev

Nicat Baxşiyev

, bir kitap okudu
8/10
·216 syf.·
34 günde okudu
·
2022 5. kitabı
Mihail Yuryeviç Lermontov
8.2/10 · 5,5bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Mən təvazökar idim - məni hiyləgərlikdə müqəssir tuturdular; mən də qapalı adam olmağa başladım. Mən yaxşı ilə yamanı dərindən hiss edirdim; heç kəs məni oxşamır, hamı məni təhqir edirdi, mən də kinli oldum. Mən qaşqabaqlı, başqa uşaqlar isə şən və lağlağı idilər; mən özümü onlardan yüksək hiss edirdim, - məni onlardan aşağı tuturdular, mən də paxıl oldum. Mən bütün aləmi sevməyə hazır idim, - kimsə məni anlamadı; ona görə mən də hamını sevməməyi öyrəndim. Mənim solğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi, istehzadan qorxaraq mən duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim; bu hisslər oradaca öldü. Mən doğru danışırdım - inanmırdılar; mən də aldatmağa başladım...
Sayfa 140·Kitabı okudu
Qadınlar, qadınlar! Onları kim anlaya bilər? Onların gülümsəmələrilə baxışları arasında təzad vardır, onların sözləri vədlər verir, özlərinə tərəf çəkir, səsləri isə insanı kənara itələyir... Gah onlar bizim ən gizli fikrimizi bir dəqiqədə qavrayaraq sezirlər, gah da ən aydın işarələri anlamırlar...
Sayfa 129·Kitabı okudu
Biz tezliklə bir-birimizi anladıq və dost olduq; çünki mən həqiqi dost olmaq istedadına malik deyiləm: - dostlardan heç biri bunu etiraf etməsə də, iki dostdan biri daima o birinin köləsidir; mən də kölə ola bilmərəm, əmr etmək isə bu halda yorucu bir əməkdir; çünki amir olmaqla bərabər, aldatmaq da lazım gəlir.
Sayfa 102·Kitabı okudu