Mənim həyatımın məqsədi nədir və onunla nə edəcəm? Bilmirəm və qorxuram. Heç vaxt istədiyim bütün kitabları oxuya bilməyəcəm, olmaq istədiyim bütün insanlar kimi ola bilməyəcəm və yaşamaq istədiyim bütün həyatları yaşaya bilməyəcəm. Özümü, istədiyim bütün bacarıqları əldə edə bilənədək yetişdirə bilməyəcəm. Bunları niyə istəyirəm? Həyatımda mümkün olan zehni və fiziki təcrübələrimin bütün rənglərini, tonlarını və növlərini dadmaq və hiss etmək istəyirəm. Və qorxulu dərəcədə sərhədliyəm... Uğruna yaşaya biləcəyim çox şey var, yenə də anlaşılması mümkün olmayacaq qədər xəstə və kədərliyəm...
Sylvia Plath.