O gecə hətta ölüm ehtimalını belə ağlından keçirdi, ancaq bu fikir ona heç də xoşagəlməz və qorxunc görünmədi. Ona görə xoşagəlməz deyildi ki, bütün həyatı sevinc və şadlıqla yox, artıq bezib yorulduğu, bitib-tükənməyən gərginlik dolu nökərçiliklə keçmișdi.