Nigar Osmanova

Nigar Osmanova
@Nikablog_
7/10
·400 syf.··
2025 8. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Haziran 2025 22:33
Qısa zamanda oxuyub bitirdim. Maraqlı, axıcı, bir az da əyləncəli kitab idi. Ancaq yaşıma görə daha bəsit və sadə olduğunu düşünürəm. 18-20'li yaşlardakı gənclər oxuyarkən daha çox zövq ala bilərlər. Əsərdə həyatını sıfırdan quran bir gənc xanımın qarşılaşdığı çətinliklər ilə mübarizə aparmasını və əzmini oxuyuruq. Bir gün içərisində işindən atılan gənc xanım məyus olmaq, heyfislənmək əvəzinə bütün pulunu götürüb 8 həftəlik San Fransisco'ya kuzeninin yanına gedir. Ancaq onu burada sürprizlər gözləyirdi və heç nə düşündüyü kimi olmayacaqdı. Bu səfər vasitəsiylə illərdir xəyalını qurduğu, amma başlamağa tərəddüd etdiyi və hər dəfəsində müxtəlif bəhanələrlə gecikdirdiyi arzusunu reallaşdırmağa qərar verir. Bəs hər şeyə rəğmən bacara biləcək mi?... Qeyd edim ki, əsərin sonu heç də istədiyim kimi bitmədi. Kaş daha fərqli olsaydı...
Kendime Yeni Bir Ben LazımMiranda Dickinson · İndigo Kitap · 2015901 okunma
Reklam
1 Qadının həyat yolu
9/10
·248 syf.··
Beğendi
·
2025 2. kitabı
·
28 günde okudu
·
Okunma: 26 Mart 2025 14:27
Adından da məlum olduğu kimi əsas hadisələr Teatr və səhnə üzərindən cərəyan edir. Baş obrazımız Culiya adlı bir xanımdır. O, insanları sanki ovsunlayan, ifa etdiyi rol ilə özünə valeh edən çox məharətli bir aktrisadır. Maykl adlı yaraşıqlı, gözəl sima'sı olan bir gəncə aşiq olur. Maykl gələcəklə bağlı böyük xəyalları, ideaları olan və var-dövlət sahibi olmağı arzulayan 1 gəncdir. Məntiqlə qərar verərək, ömrünü Culiya ilə birləşdirmək qərarına gəlir. Çünki Culiya gələcəyi parlaq və istedadlı bir aktrisadır. Onlar ailə həyatı quraraq, öz teatrlarını yaradırlar. İllər ötdükcə Culiyanın həyatdan istəkləri, arzu və xəyalları dəyişir və bəzən özünə belə zərər vuracaq həddə çatır.. Culiya əslində fərqində olmadan öz həyatını məhv edir.. Öz ehtirasının qurbanı olur.. Əsər kifayət qədər düşündürücüdür.. İnsan oxuduqca, istər-istəməz həyatı sorğulayır. Eşq həqiqətən var mı? Varsa, bəs nədir? Həyatın məqsədi nədir? Nə üçün yaradılmışıq? Öz istəklərinin arxasınca getmək hər zaman insana xoşbətlik gətirər mi?.. Culiya bağışlanmaz səhvlərə yol verir, ancaq səhvsiz insan var mı? Səhv etmək insana məxsus deyil mi? Bəs əsas olan sonda o səhvlərdən dərs çıxardıb, doğrunu tapmaq, həyatını gözəlləşdirmək deyil mi? Məncə əsas olan nəticədir. Əgər nəticəsi gözəldirsə, səhv etmək də gözəldir.. Xoş mütaliələr
TeatrW. Somerset Maugham · Qanun Neşriyatı · 201471 okunma
10/10
·282 syf.··
Beğendi
·
2023 1. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Ocak 2023 21:10
2023-cü ilin ilk kitabı eyni zamanda favori kitablarımdan biri oldu. Möhtəşəm qurğusu, insana güc, motivasiya verən mövzusu ilə qısa bir zamanda oxuyub bitirərək, məni özünə heyran etməyi bacardı.. Paralel evrenlərin var olmağına inanırsız? Mən bu kitabı oxuyana qədər də inanırdım, oxuyandan sonra da inanmağa davam edəcəm. Həyatda hər birimizin yaşadığı peşmanlıqlar, məyus olduğumuz zamanlar, "kaş belə etməzdim" dediyimiz anlar olur. Bəs heç düşünmüsünüz mü əlimizdə bir şansımız olsa və peşmanlıqlarımızı keçmişə qayıdaraq başqa cür yaşasaydıq gələcək indikindən fərqsiz ya fərqli olardı?.. Həyatımızı peşman olmadan, yanlış etmədən, səhv qərarlar vermədən yaşamaq mümkün deyil. Əslində o verdiyimiz səhv qərarlar, atdığımız yanlış addımlar bizi doğruya bir addım daha yaxınlaşdırır. Biz doğrularımız və səhvlərimizlə bir bütünük. Və onlarla birlikdə var olduğumuz müddətcə həyatı sözün əsl mənasında "YAŞAYIRIQ". Yoxsa sadəcə nəfəs alan məxluqlardan ibarət olardıq.. Əsas olan həyatı qorxmadan yaşayaraq, bütünüylə qəbul edə bilmək və daxilimizdə hüzuru, sonsuz xoşbəxtliyi tapmaqdır.. Bu dünyaya bizi bağlayan, nəfəs aldığımız müddətcə gələcəyə ümidlə irəliləyimizə vadar edən yeganə şey isə "SEVGİ"dir.. Yaşadığınız müddətcə qəlbinizdən sevgiyi heç bir zaman əskik etməməyiniz diləyiylə.. Xoş mütaliələr
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598bin okunma
8/10
·156 syf.··
2020 30. kitabı
·
1 saatte okudu
·
Okunma: 09 Mayıs 2020 00:00
Kitabın içərisində 20'dən çox hekayə və publisistik əsərlər var. Hər hekayənin adını qeyd etsəm yerləşməz, bu səbəbdən ümumi bəhs olunan mövzulara toxunmaq istəyirəm. ____ Hekayələrdə ailə-məişət mövzuları, keçmiş dövrün camaatının gündəlik işləri, adət-ənənələri, toy, yas mərasimləri, ailə daxilində ata-ana, valideyn-uşaq münasibətləri və s öz əksini tapmışdır.. Həmçinin, kitabı oxuduqca qadınlara qarşı keçmiş dövrdən bəri edilən haqsızlıqları, onlara əşya, mal kimi yanaşılmasını, qız alıb-qız vermək məfhumunun əslində qadınların şəxsiyyətinin, mənəviyyatının alçaldılması demək olduğunu, qızların nə ata ocağında, nə də ər evində qədim zamanlarda heç 1 hüquqa malik olmadığını, ərlərinin onlar üzərində sonsuz hüquqlarının olduğunu və s aydınca görürük. ____ Kitabı ümumilikdə sevdim, maraqlı hekayələr idi, amma bəzilərinin sonu mənə yarımçıq gəldi, bu səbəbdən tam da sevə bilmədim.
Cənnətin QəbziYusuf Vezir Çemenzeminli · Kitab Kulübü · 201932 okunma
6/10
·95 syf.··
2020 53. kitabı
·
1 saatte okudu
·
Okunma: 09 Eylül 2020 00:00
Ə𝙣 ç𝙤𝙭 𝙝𝙖𝙣𝙨ı ö𝙡𝙠ə𝙡ə𝙧𝙞𝙣 ə𝙨ə𝙧𝙡ə𝙧𝙞𝙣ə 𝙙ə𝙧𝙞𝙣 𝙢𝙖𝙧𝙖𝙦 𝙙𝙪𝙮𝙪𝙧𝙨𝙪𝙯? ____ Mənim üçün Milli ədəbiyyatımızın yeri bambaşqadır İkinci sırada isə Türk və Rus əsəbiyyatı əsərləri gəlir. Ancaq təəsüf Lev Nikoloyeviç Tolstoy yaradıcıllığının vurğunu olsam da, bu əsəri nisbətən sönük qaldı ____ Mini klasika oxumağı sevirəm, xüsusilə də, isti yay günlərində və ağır kitablardan sonra istirahət ehtiyacı duyduqda və ən əsası #readingslump zamanlarında) ____ Mövzusuna gəlsək, kitabda adından da məlum olduğu kimi 2 qusarın arasındakı dostluq, hörmət, ehtiram, inam münasibətləri ön planda verilmişdir. Qusar sözü dilimizə tərcümədə Çar ordusunda və bəzi xarici ölkə ordularında: macar forması geyinən süvari əsgər və ya zabitdir. ____ Xoş mütaliələr
Dünya Klasikleri
İki QusarLev Tolstoy · Qanun Nəşriyyatı · 201990 okunma
Reklam