Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ülviyyə Mikayılova

Ülviyyə Mikayılova
@Ninsu
Sıkı Okur
Mən özümü sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən də yaxşıyam.
Sergi Ata
Sergi Ata
304 syf.
10/10 puan verdi
·
3 günde okudu
Şübhəsiz, qadınlar tarixin gedişinə təsirsiz qalmayıblar....
Yunus Oğuz
Yunus Oğuz
oxuduğum üçüncü əsəridir. (
Cığır
Cığır
,
Səfəvi Şeyxi
Səfəvi Şeyxi
) Demək olar ki , əsərlərinin dili çox rəvan, axıcı və səlisdir. Əsər XVI- XVII əsrlərdə Səfəvi dövlətində hakimiyyətdə olan- Şah I Təhmasib, Şah II Ismayıl və Məhəmməd Xudabəndadan gedir . Xeyrənisə( Məhdi Ülya) farsdır və türklərdən nifrət edir . O siyasət gərəyi Mirzə Məhəmmədlə
Şah Arvadı və Cadugər
Şah Arvadı və CadugərYunus Oğuz · Ol · 20131 okunma
Reklam
520 syf.
10/10 puan verdi
·
9 günde okudu
Azadlıq hərəkatının döyünən ürəyi Firudin
Bu əsərlə tanışlığım 9-cu sinifdə olub . Kəndli- mülkədar münasibətlərindən bəhs edən bir əsər hesab edirdim . Ta ki indiki vaxta oxuyanda bu zəmin altında çatdırılan acı reallıqları bildikdən sonra fikirlərim alt- üst oldu . Mübaliğəsiz deyə bilərəm ki ,bu əsər " Səfillər " əsərini anımsadır . Qayğısız insan taleləri ,azadlıq üçün
Seçilmiş Əsərləri 2.Cild
Seçilmiş Əsərləri 2.CildMirzə İbrahimov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200573 okunma
208 syf.
10/10 puan verdi
·
6 saatte okudu
İsmail Şıhlı
İsmail Şıhlı
qələminə heyran qaldığım, əsərlərini sevərək oxuduğum yazıçıların ən mükəmməli İnsanı həyatda arzuları, ümidləri ,gələcək qayğıları və əsasda ailəsi ayaqda tutur . AXC yaranır ,23 ay müstəqil olur . 28 aprel 1920-ci ildə XI Qızıl Ordu tərəfindən hakimiyyət rusların əlinə keçir . Hər yerdə kolxoz və sovxozlar qurulur. Tabe olmayanlar, qolçomaq sinifi ,mədəniyyət xadimləri ailələri ilə birgə sürgün olunur . Ağalar,xanlar bəylər qaçaqçiliq edir ,yerli hökumətə tabe olmaq istəmirdilər . Həsən ağa uğursuz bir günə oyanır. Ələddinə nə qədər qarşı qoysa da onunla birlikdə ova aparır. Əcəl onu çağırdı. Ələddin talehsiz qəzanın qurbanı olur . Bir həftə sonra toyu olacaqdı. İki böyük və zəhmli həm qohum ,həm də düşmən olan nəsil yenidən üz-üzə gəlir. Amma bu dəfə qarşılıqlı razılaşma olur . Sovet dövründə ailə tamamilə məhv olur . Bəziləri sürgün etdirilir,bəziləri buna tab gətirmir və yolda ölür, bəziləri də haqsızlığın qurbanı olur . İllər beləcə keçir . Sonda Söhrab və Həsən ağa çinara kürəklərini dayayıb ayrı qaldıqları illərin xatirələrini Kür qırağında acı-acı yad edirlər P.S İstər " Dəli Ķür" əsrində, istərsə də " Ölən dünyam " əsrində Kür simvolik olaraq yaradılıb. İnsanları bir - birindən ayıran, həsrət qoyan simvoldur
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011236 okunma

Okur Takip Önerileri

Tümünü Gör
296 syf.
9/10 puan verdi
·
33 saatte okudu
"Açıq kitab" Paxıllığı ,vəzifə sevgisini ,duyğusuzluğu özündə cəm edən Kərim Gəldiyev . Həyatda hər tərəfdən vurulur, cəmiyyətdə pis xislətinə görə yer tuta bilmir ,keçmişi hər dəfəsində ayağına dolaşır. Tələbəsinə vurulur ,digər tələbəsini şərləyib universitetdən qovdurur . Bu azmış kimi onun layihəsini əlindən alıb, öz adını çıxartmaq istəyir.Onun əlaltıları onu dəstəkləyir,hər addımında yanında olurlar .Amma həyat gözəl müəllimdir. Onu etdiklərinin qiyməti ağır olur . Həm həyatı, həm ailəsi, həm də mənəviyyatı məhv oldu . Yaxşılıq qələbə çalır . Sonda Rübabə və Vahidin şad gününə yığışan qohumlar üzlərindəki xoş təəssüratla Səttarzadənin ifasını dinləməsi ilə bitir . P.S Əsər 1941- ci il Böyük Vətən müharibəsinin başladığı vaxtlarda yazılıb. Əsərdə dini məqamlara, sosialist cəmiyyətin yaradılması ,bolşevik təşkilatların təşkil edilməsi kimi fikirlər əsərdə qabarıq şəkildə çatdırılır.
Açık Kitap
Açık KitapMir Celal · Heydər Əliyev Fondu Yayınları · 200646 okunma
240 syf.
7/10 puan verdi
·
3 günde okudu
Məşhur" Əli və Nino" eşqi
Müharibə və sevgi . Bu əsər ilk baxışda sevgi romanı təəssüratı bağışlasada əsərdə yer verilən məsələlərə sətir altı yanaşılıb. 1914-cü illər I Dünya müharibəsi başlayır ..... Hər kəs könüllü olaraq milliyətindən, dinindən aslı olmayaraq müharibəyə yollanır .Əli və Nino sevgisi elə bu faciələr içində parlayan tək işıq idi . Din fərqi olmasına baxmayaraq onlar bir-birinə qovuşur. Xoşbəxt yaşayırlar, qızları dünyaya gəlir . Müharibənin heç vaxt xeyir gətirmədiyini bilirik . Əsərdə erməni- rus birləşmələrinin birgə törətdiyi Mart qırğınları, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və 28 aprel 1920-ci ildə istiqlaliyyətimizi, haqq səsimizi boğdular . Əli xan və dostları da vətənin dar günündə onu tərk etmədi və canlarını, son damcı qanlarını da vətənə qurban verdilər. Əsərin sonluğunu həm bir ailənin ,həm də bir xalqın faciəsi və nisgili ilə bitir.
Əli və Nino
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20102,465 okunma
Reklam
761 syf.
10/10 puan verdi
·
17 günde okudu
Qılınc və Qələm/ Nizami və Fəxrəddin
Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi
yaradıcılığının ən mükəmməl və tarixiliyi ilə diqqət çəkən romanlarından başlıcası sayıla bilər. İstər Atabəylər dövrünün, şahlarını , vəliəhdlərini ,mələkələrini, istərsə də dahi Azərbaycan şairi Nizaminin onun timsalında əsərdə yer alan Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbu Üla Gəncəvi kimi sənətkarlara tarixi aspektə toxunulub. Əmir
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005197 okunma
96 syf.
10/10 puan verdi
Yaşayan "Ölülər "
12 iyun 1909 Tiflis Kim haqlıdır? Kefli İsgəndər yoxsa "dindar "Şeyx Nəsrullah ? Heç də əbəs yerə onu "Kefli İsgəndər "deyə çağırmırdılar. İnsan ətrafında onu əhatə edən cəhaləti görür ,amma çirklənmiş, dindarların barmağında firlatdiği insanlara bunu başa sala bilmir.Buna görə ayıq gəzməyin önəmini görmür.
Celil Memmedguluzade
Celil Memmedguluzade
XX əsr həyatını mükəmməl və kəskin satirik şəkildə yanaşan ədiblərimizdəndir . Onun yaradıcılığı cahilliklə,cəhalətə, mövhumatla mübarizə təşkil edir . İstər əsərlərində, istərsə də redaktoru olduğu " Molla Nəsrəddin " jurnalında bunu qabarıq şəkildə toxunub .Cəlil erkən yaşda qızların evləndirilməsinə, çadra ilə gəzməsinə həmçinin də evlənəndən sonra ər evində olmazın işgəncələrini görməsinə öz etirazını bildirirdi. Qadınların əşyadan dəyərsiz dövrlərin acı və təlatümlü təsviri idi .
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0760 okunma
128 syf.
8/10 puan verdi
Od gəlin - Solmaz Əsərdə atəşpərəstlik onun qayda -qanunları, yeni yaranmış və ərəblər tərəfindən yayılan islam dininə qarşı qoyulmuşdur. Solmaz gözəl, gənc və Əhrimənə qurban kimi göndəriləcək tək qız idi . Atəşpərəstlər bu müsibətlərin əsas səbəbini Tanrının əsəbindən yarandığına inanırdılar. Əsərin digər süjeti isə baş qəhraman Elxanın başından düz gətirməyən həyatından bəhs edir . O illərlə qardaşı dediyi, canı bildiyi əmisini axtarır. Sonunda tapır, amma Aqşin islamı qəbul etməsi Elxani hiddətləndirir. Ondan üz döndərir. Sonda Aqşin əlində quran kitabı ilə dar agacinda olan Elxanın yanına gəlir. Dini qəbul etməsini söyləyir. Elxan öz dinsizliyindən əl çəkmir və azan sədaları altında canını tapşırır.
Od Gəlini
Od GəliniCafer Cabbarlı · 2020135 okunma
127 syf.
9/10 puan verdi
Güclü, iradəli, savadlı bir Azərbaycan qadını- Almaz Yarandığı dövr üçün belə qayda- qanunu bilən, öz hüquqlarını müdafiə etməyi bacaran qadınlar dırnaq arası şəxslər tərəfindən gözdən salınır, istiqbalı ilə oynanılır ona ən ağır damğalar vurulurdu . Heç də təsadüf deyilki ,Almaz yuxarı rütbəli şəxslərin və mövhumatçı dindarların hədəfi olmuşdu. 18 yaşı olmasına baxmayaraq onlarla təkbətək vuruşur və qalib gəlir. Çünki onlar özlərini ifşa edir öz qarayaxmalarını danışırlar. Almaz ayaqda tutanı sadəcə sevgisi və inamı oldu
Almaz
AlmazCafer Cabbarlı · Azərnəşr · 19389 okunma
122 syf.
10/10 puan verdi
Üç uşağın faciəsi
Ailə, sevgi xəyanət, cəsarətsizlik duyğuların və hisslərin vəhdətdə verildiyi bir əsər . Hər mövzuya böyük incəliklə və ustalıqla toxunulub. İnsanın həyatda öncəlikləri var . Onlardan ən ümdə olan ailədir. Hələ də ana və ata yoxdursa hər şeyin yükünü və məsuliyyətini alan böyük uşaq olur . Aslan fədakar qəhramanımızdır . Züleyxani və Fərhadi min bir əziyyətlə böyütdü, özü yeməyib yedirtdi,xoş gün görmədi. Bacısını evləndirdi ki ,gün görsün həyatı yoluna düşsün,qardaşını oxutdurur ki ona dayaq olsun . Amma Fərhad onlara dayaq olmadı, bəla oldu . Ac gözlülüyü, kasıblığı və ağılsızlıği hər üç uşağın sonunu gətirdi.
Aslan və Fərhad
Aslan və FərhadCafer Cabbarlı · Gənclik Nəşriyyatı · 198090 okunma
Reklam
213 syf.
9/10 puan verdi
·
27 günde okudu
İnqilabçı Artur ️
Bir insan fikirləşin 18 illik həyatı tamamilə yalan olan həm fiziki ,həm də mənəvi cəhətdən köçmüş həyatın əyri yollarından keçərək yoğrulmuş bir qəhrəman. Bəli, Artur ( Atmilçəyi ) . Ailə həyatından olamazın müsibətin görüb, dostları tərəfindən ölümə məhkum olunan ,həyatının 13 ilini məhkum həyatı keçirən, üzündə, qolunda bu illərin fəsadlarını daşıyan ,Atmilçəyi. İllər sonra üzə çıxır. Həm dostlarınından, həm həqiqi atasından, həm də vətəni olmasa belə bir xalqı qorumaq inqilab yaratmaq iqtidarında olan bir şəxs olaraq qayıdır. Hər kəsə yenidən bir dərs verib bu dəfə əbədi olaraq yox olur İnqilab, inqilabın ağır fəsadları sadəcə Cemmanin ,Martininin çarəsizliklə baxan gözlərində gizlənir
Atsineği
AtsineğiEthel Lilian Voynich · Yazılama Yayınevi · 20161,845 okunma
132 syf.
8/10 puan verdi
·
5 günde okudu
Əsərin sonunu belə gözləmirdim !
"Nə əkərsən, onu da biçərsən"deyimini tərsinə çevirən Mariya Aleksandra. Mariya cismən mövcud olan ,ruhən məhv olmuş bir ana ,bir həyat yoldaşı və ən əsas bir qadındır. Onun var-dövlət hərisliyi qızı- Zinanın saf duyğuları ilə oynaması, özündən böyükləri alçaltması ,danışdığı nağılvari yalanlar gördüyü işlərin bir qismidir . Qızını varlı, amma qoca Knyazla evləndirmə planlari qurarkən ,qocanın bundan xəbər tutub Pavel Mozqlakovla olanları yuxu kimi danışması Mariyanin dəhşəti və köçüşü idi . Pavelin uşaq sevgisi ,Zinanın isə onu alçaldan ,bütün şəhərdə biyabır edən Vasyanı sevməsi uğursuz sevgi üçbucağı idi ... Zina sonda qəlbinə görə birini tapır, Mariya arzuladığı mənsəbə çatır . Pavel isə bu xoşbəxtliyi ayaqüstü izləyir....
Dayının Yuxusu
Dayının YuxusuFyodor Dostoyevski · Teas Press Nəşriyyat · 20193,311 okunma
50 syf.
9/10 puan verdi
Mənə xoşbəxt şahzadə deyirlər! Əgər həzz və əyləncə xoşbəxtlik idisə, mən həqiqətən də xoşbəxt idim . Bax beləcə yaşadım və eləcə də öldüm ! Və indi mən ölüyəm, onlar mən bu uca sütunun başına qaldırıb qoyublar ; mən burada şəhərimin bütün eybəcərliklərini, dərdlərini, camaatın necə kasıb yaşadığını görə bilirəm; Mənim qəlbimi qalaydan düzəldiblər, amma mən ağlamaqdan özümü saxlaya bilmirəm.
Mutlu Prens
Mutlu PrensOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202223,2bin okunma
256 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Qarabağ Azərbaycandır!
Romanda Azərbaycanın üç dövrünü - XVIII əsr, XX əsrin 90- ci illəri və XXI əsri əhatə edir . Əsəri oxuduqca baş verən hadisələr gözümün qabağından keçdi. Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi bütün gerçəkliyi ilə qələmə alınıb Əsərdə Azərbaycanın Milli Qəhramanı, General - mayor Həşimov Polad yad edilir və onun vətənpərvərliyi ,ailə canlılığı əsasda bir hərbçi kimi göstərdiyi şücaəti, əsgərləri ilə mehriban rəftarı təsvir edilib . Generalın və 11 hərbçinin şəhid olması müharibə qığılcımlarıni daha da artırdı. Çünki xalq artıq qisas istəyirdi, erməni millətindən 30 illik həsrəti, acını, vəhşiliyin əvəzini çıxmağın vaxtını yetişdiyini bilirdilər. Ali Baş komandanın bir əmri xalqı həmrəy etdi hər kəs öz fərdi qayğılarını unutdu, əlindən nə gəlirdisə orduya yardım etdi . Kimisi pensiyasını, kimisi corab toxuyub, kimisi də könüllü olaraq döyüşlərə yollanmaqla bu öhdəliyini yerinə yetirdi . Müharibə bizim içimizdəki əsrlərlə yatan Xətayinin gücünü ,Rəsulzadənin ruhunu və milli birliyimizi ortaya çıxardı . Bizi 44 günün hər günü zəfərə addım-addım yaxınlaşdıran ruhları artiq rahat və şad olan şəhidlərimiz, caninin yarısını vətənə feda verən qazilərimiz,igid,ər əsgərlərimiz oldu . Şuşa " CIĞIRI " Zəfər yoluna çevrildi
Cığır
CığırYunus Oğuz · Korkut Yayınları · 20221 okunma
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bəlkə də, hər fəsli səni,son ümid kimi gözləyəcəyəm!
İnsanı həqiqətən də sevgisizlik öldürürmüş! Raif əfəndinin timsalında həyatın həm sevgi uğruna, həm də yanlış fikirlər uğruna hədər etmiş birinin ağır həyatı ilə tanış oldum . İlk eşq unudulmur sonrakı həyat isə peşmançılıq idi . Mariya dediyi kimi " Raif ,sən həqiqətən də uşaq görkəmindəsən "
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,8bin okunma
240 syf.
10/10 puan verdi
·
4 günde okudu
DUYĞULANMAMAQ ƏLDƏ DEYİL
Bu əsər I Qarabağ müharibəsində, Xocalı ətrafında gedən döyüşlərdə igidlik göstərərək şəhadətə ucalan "Azərbaycanın Milli Qəhramanı" Əlif Hacıyevin 39 illik həyatını həyat yoldaşı olan Qalina Hacıyevanin xatirələri silsiləsində yazılmış əsərdir. Əlif ailəsinə bağlı, qayğıkeş ata ,sədaqətli ər ,vətənpərvər bir Azərbaycan oğludur. Belarus vətəndaşı olan Qalina xanım və Əlifin dillərə dastan sevgisi də təsvir olunub . Allah Şəhidlərimizə rəhmət etsin !
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202024 okunma
Reklam
8/10 puan verdi
Sevgi insana nələr etdirir
Dünyaya hər kəs eyni imkanlarla gəlmir. Bəziləri bütün imkanları olduğu təqdirdə bundan istifadə etmir. Bəziləri isə 1: 0 geri başlayır, amma həyatın nəbzini tutmağı bacarır ,öz dünyanlarını sehirli dokunuşlarla gözəlləşdirirlər. Və əsas məsələ həyatı ələ almağın tək yolu sevmək ,ümid etmək və möcüzələrə inanmaqdır
Kör Müzisyen
Kör MüzisyenVladimir Korolenko · Vakıfbank Kültür Yayınları · 202058 okunma
544 syf.
·
Puan vermedi
Sevmək heç vaxt gec deyil !
Əsərdə əsas sevgi ön planda olsa da ,əsərin əsas strukturunu təhsil sistemi təşkil edir . Xala uşaqları olan bu iki gənc bir- birini dərin və saf məhəbbətlə sevir. Yalan və qürur onları ayırır. Sevgilərinin bağları başqa yurdlara uzansa da qırılmır . Yenidən qovuşurlar . Hər kəsin oxuması lazım olan bir əsərdir .
Çalıkuşu
ÇalıkuşuReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 2019102,3bin okunma
250 syf.
·
Puan vermedi
Sevmək qazanmaq deyil !
Əsər sentimental ruhda yazılıb .Liza bəzilərinə görə sevgisinin qurbanıdır . Təssüf ki , "Zavalli Liza "hisslərinin, duyğularının, romantik düşüncələrinin əsiri olub . Sevgi, sevmək, sevilmək onun üçün yad idi . Amma Erest onun hisslərini əlinə alır. Onlar xoş vaxt keçirsələr də gözlənilən sonluq yetişmir. Erest idarə edə bilmədiyi ehtiras və şəhvətinin ,Liza isə ilk dəfə yaşadığı nəcib duyğularının tərənnümçüləridir
Zavallı Liza
Zavallı LizaNikolay Karamzin · Sesle Kitap · 202023 okunma
332 syf.
·
Puan vermedi
Həyatımız dəyişərmi?
Xüsusən bu əsəri oxumaq mənim üçün böyük zövq və terapiya idi . Günlük həyatımızda tez-tez işlətdiyimiz " Qismətində nə varsa onu yaşayacaqsan " deyiminin əyani sübutudur. İnsan qismətində olanı yaşayır. Bəs qismətinə gedən yoldan çıxsa ,öz taleyini özü yazmaq istəsə nə olar ? Bu əsərin sirri burdadır. Gənc yaşında pulunu yox həyatını mərcə qoyan bir şəxsin acı,qabarlı və intizarlı həyatından bəhs edir. Bu əsərdə öyrəndiyim ən gözəl məsələ budur ki insanları xarici görünüşünə görə ittiham etməyək. Çünki kənardan abırlı, həyalı, başı aşağı görünən qızın arxa planda gizlətdiyi həyatı tam bir fəlakət idi. Buna baxmayaraq əyləncəli, ünsiyyətcil və dəbli geyinən qızın ağır bir həyatı olmasına baxmayaraq necə mərd, mübariz dayandığını göstərir
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0852 okunma
152 syf.
·
Puan vermedi
Kimsən axı sən ?
Əsərin baş obrazları Cəlil ,Şəfiqə və Lütfəlidir . Cəlil kasıb bir gənc olur sonradan varlanır ,Şəfiqəylə evlənir. Lütfəli isə həyatı çirkab, mənəvi yoxsulluqla əhatə olunmuş bir oğrudur. Çünki xoşbəxt insanların ümidini, həyatını və səadətini oğurlayır. Qısaca desəm əsər bir qadının gücü, iradəsi və övladları üçün apardığı mübarizəsidir. Sonu isə gözlənilməz şəkildə yekunlaşır . Cəlilin peşmanlığı, Şəfiqənin qisası, Lütfəlinin cəzasına çatması ilə bitir
Neft və Milyonlar Səltənətində
Neft və Milyonlar Səltənətindəİbrahim Bey Musabeyov · Şərq-Qərb Nəşriyyatı · 200667 okunma