Kalderon de la Barsa
“Həyat yuxudur” adlı pyes yazmışdı. Orada belə misralar var: “Nədir
həyat? Axmaqlıq. Nədir həyat? Xəyal, kölgə, nağıl. Ən vacib şeyin də
dəyəri yoxdur, həyat yuxudur...”
“Ey insan, sən kimsənki Tanrıya qarşı çıxırsan? Yaranan şey, yaradıcısına “sən niyə məni belə yaratmısan?” Deyə bilərmi? Məgər gil qablar düzəldən ustanın düzəltdiyi qablardan birini elə, birini belə düzəltməyə ixtiyarı yoxdurmu?”
Avqustin Pavelin
Alman şairi Höte deyib ki, üç minillik keçmişinin haqq hesabını aparmayan, gün güzaran adamıdır. Mən də, sən elə adam olmayasan, tarixi köklərinlə tanış olasan deyə əlimdən gələni edəcəyəm. Bu, insan olmağın yeganə yoludur. İnsan yalnız bu yolla çılpaq meymun olmaqdan qurtula bilər. İnsan yalnız bu yolla boşluqda veyillənməkdən xilas ola bilər…