Nise Novruzova

Puan vermedi·223 syf.··
2025 15. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Nisan 2025 21:10
Kitab sadə və başa düşülən dildədir. Əsərdə arxaizm sözlərdən istifadə olunması, oxucunu o dövrlərə aparır. İsmayıl Şıxlının ailə üzvləri qeyd edirlər ki, O əsəri yazmağa ölümündən çox əvvəldən başlayıb. Lakin sovet dövrünün qadağalarına məruz qaldığı üçü, yarım buraxmalı olub. Ölümünə 5 ay qalmış əsərini tamamlamağa nail olur. Kitabın birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. İsmayıl Şıxlı əsərini kitab şəklində görmək arzusunda idi. Təəssüf ki, alınmadı. Yalnız ölümünün qırxıncı günündə oğlu Elçin Şıxlı kitabı qəbrinin üstünə gətirə bilib. Əsərin mövzusu Azərbaycan tarixinin faciəli və keşməkeşli dövrlərindən biri olan qaçaqçılıq hərəkatına təsadüf edir. İsmayıl Şıxlı bu hərəkatın yalnız zahiri cizgilərini deyil, onun sosial, siyasi və psixoloji səbəblərini də dərindən təhlil edir. İnsanların haqsızlığa qarşı çıxması, azadlıq uğrunda mübarizəsi, Sibir sürgünləri, ailə parçalanmaları, ictimai ədalətsizliklər əsərdə geniş yer alır. Burada təkcə bir fərdin deyil, bir toplumun “ölən dünyası” təsvir olunur. O, ölən, dağılmış, zülm görmüş bir dünyanı anladaraq, oxucunu düşündürməyə vadar edir: “Nə üçün bu dünya öldü? Bu ölümün qarşısını almaq olardımı?”
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Reklam
5/10
·264 syf.··
2025 10. kitabı
·
9 günde okudu
·
Okunma: 21 Mart 2025 16:37
Kitabda müəllif uşaqları vətənpərvərlik, sevgi, dostluq və mərhəmətli olmaq kimi ali dəyərlərə istiqamətləndirir. Kitabda bəyənmədiyim bir çox məsələ oldu. Bunlara valideynlərin uşaqlarına olan sevgisini onlara yüklədiyi naliyyətlər vasitəsilə ölçülməsi, uşaqları şəxsiyyət kimi deyil də, cəmiyyətə xeyir verən alət kimi baxması oldu. Həmçinin, kitabda davamlı olaraq"sev, hörmət et, mərhəmətli ol" mesajları təkrarlanır, ancaq bunlar bəzən uşaqların öz düşüncələrini formalaşdırmasına imkan vermir, əksinə, çevrənin fikrinin daha vacib olduğunu vurğulayır. Bunlarla yanaşı, əsərdə məni narahat edən digər nüans uşaq psixologiyası üçün çox ağır ola biləcək hadisələrin yer almasıdır. Şiddətli dərəcədə ölüm səhnələri, fəda olma və acı dəyişikliyi uşaqların emosiya dünyasına dərin təsir edə bilər. Xüsusilə, Ayın hekayələrində olan dramatik hadisələr kövrək uşaq oxucuları çox duyğusal yük altına sala bilər. Nəticə etibarı ilə, kitabı bəyənmədim "Uşaq Ürəyi" öz dövrü üçün böyük təhsil dəyəri daşıyan, ancaq bu gün uşaq psixologiyası baxımından bəzi problemlər səbəb ola biləcək bir əsərdir.
Uşaq ÜrəyiEdmondo De Amicis · Strauss Press Nəşriyyatı · 202420,5bin okunma
9/10
·320 syf.··
2025 9. kitabı
·
13 günde okudu
·
Okunma: 12 Mart 2025 16:20
Müharibə bitmişdi, amma onun izləri hələ də insanların həyatında yaşayırdı – boş qalan evlərdə, susqun baxışlarda və heç vaxt tam dolmayacaq ürəklərdə. Heynrix Böllün Kişisiz ev romanı, İkinci Dünya müharibəsinin dağıdıcı təsirini və onun insanların psixologiyasına buraxdığı izləri təsvir edir. 1954-cü ildə yazılmış bu əsər, atasını itirmiş uşaqların və dul qadınların cəmiyyətin təzyiqi altında keçirdiyi çətin həyatını əks etdirir. Böll bu romanında müharibənin təkcə döyüş meydanlarında deyil, arxa cəbhədə – ailələr və cəmiyyət daxilində də yaratdığı faciələri ön plana çıxarır. O, oxucunu müharibənin fəsadları üzərində düşünməyə və sülhün dəyərini dərk etməyə çağırır. Əsər, müharibənin gətirdiyi itkiləri, insanların psixologiyasında yaratdığı dərin yaraları və ailələrin parçalanmasını təsirli şəkildə işıqlandırır. Romanın süjeti müharibədə atalarını itirmiş iki gənc – Martin və Heynrixin həyatı ətrafında qurulub. Onlar, həm ailədə, həm də cəmiyyət daxilində atasız böyüməyin çətinlikləri ilə üzləşirlər. Əsər təkcə fərdi insan talelərini deyil, həm də Almaniyanın müharibədən sonrakı sosial reallığını əks etdirir. Müharibənin insanların həyatında yaratdığı boşluq və qeyri-müəyyənlik hissi romanda dərin şəkildə hiss olunur.
Kişisiz EvHeinrich Böll · Teas Press · 2019305 okunma
9/10
·536 syf.··
Beğendi
·
2025 8. kitabı
·
17 günde okudu
·
Okunma: 27 Şubat 2025 20:44
Aydahonun ucqar bir kəndində, mədəniyyətdən təcrid olunmuş, sağ qalmağa yönəlmiş Mormon ailəsində keçən uşaqlıq illərindən Kembric Universitetində doktorluq dərəcəsi almasına qədər uzanan həyat yolunu əks etdirir. Kitab təhsil, şəxsiyyət, ailəyə sədaqət və şəxsi inkişaf mövzularını araşdırır. Kitabda şəxsi inkişaf və ailə bağları arasındakı gərginlik göstərilir. Vestoverin ailəsində yaşadığı zorakılıq, valideynlərinin bunu inkar etməsi və onun bu travmanı aşaraq özünü tapması təsvir olunur. Tara təhsili, həm qaçış vasitəsi, həm də özünü kəşf etmə aləti kimi istifadə edir. Öyrənmək, ona ailəsi tərəfindən öyrədilən inanclara meydan oxumağa imkan verir. Ali təhsil almağa başladıqca, Vestover kimliyi ilə bağlı suallarla qarşılaşır. Bu isə onu keçmişi ilə yeni həyatı arasında sıxışıb qalmasına səbəb olurdu. Memuar ailə gözləntilərindən kənarda özünü yenidən formalaşdırmağın çətinliyini qeyd edir.
TələbəTara Westover · Teas Press · 20224,781 okunma