Günel Şamilova

Günel Şamilova
@NurGun_Shami
Xaçmaz
Azərbaycan, Xaçmaz
89 okur puanı
Mayıs 2020 tarihinde katıldı
10/10
·400 syf.··
Beğendi
·
2022 9. kitabı
·
39 günde okudu
·
Okunma: 30 Aralık 2022 01:08
Bir sözlə, möhtəşəm. Uzun müddətdir ki, bu qədər həyəcanla, sevərək kitab oxumurdum. 2022-də mənim üçün ən yaddaqalan kitab oldu deyə bilərəm. Kitabın yarıdan sonrası daha maraqlı idi. Kitab öz ərini güllələyərək öldürən gənc rəssamın həyatından bəhs edir. Qətldən sonra Alisiya susur və heç kimlə ünsiyyət qurmur. Teo Faber adlı bir psixoterapevt onu danışdıracağını öz öhdəsinə götürür. Görəsən o, Alisiyanı danışdıra biləcəkmi? Əsər tamamilə fərqli, gözləmədiyim sonluqla bitir. Kitab da həmçinin adı çəkilən "Alketsa" əsəri də diqqətimi çəkdi. "Alkesta" Evripidin yunan faciələrindən biridir. Və Alisiya çəkdiyi rəsm əsərinə də "Alkesta" adını verir. Niyə məhz "Alkesta"? Məncə, oxumağa dəyər kitablardandır. Hamıya xoş oxumalar..
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,5bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
10/10
·383 syf.··
Beğendi
·
2021 41. kitabı
·
17 günde okudu
·
Okunma: 24 Aralık 2021 23:16
Kitab antiutopiya şəklində yazılmış əsərdir. Antiutopiya, həmçinin distopiya və ya kakotopiya - müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Dünya üçə bölünür: Okeaniya, Avrasiya və İstasiya. Hadislər Okeaniyada nəql olunur. Qorxunc olsa da o zamanda yaşadığımızı düşünək. Böyük Qardaş, teleekranlar, səsyazan mikrofonlar, ikifikirlilik, fikir cinayəti və.s. Əhali Partiya tərəfindən nəzarətdədir. Nəzarət teleekran vasitəsi ilə həyata keçirilir. O hər yerdədir. Mənzillərdə, idarələrdə, meydanlarda və.s. mövcuddur. Okeaniya amansız qanunlarla idarə olunur. Bir sözlə, insan hüquqları, şəxsi həyat anlayışı yoxdur. Əsərin baş qəhrəmanları Uinston və Culiya Partiyayanın əleyhinə çıxan, Böyük Qardaşa nifrət edən, Partiyaya sui-qəsd düşünən, təbliğat yaymaq istəyən şəxslərdir. Bütün həyəcan da məhz elə bundan sonra başlayır. Kitabı oxuyarkən orada yaşayırmış kimi hiss edirdim. Bu qədər təsirlənəcəyimi düşünməzdim. Oxumağa dəyər. Hər kəsə xoş mütailələr.
1984George Orwell · Qanun Nəşriyyatı · 2024199,8bin okunma
Puan vermedi·276 syf.··
2020 21. kitabı
·
9 günde okudu
·
Okunma: 26 Ekim 2020 22:59
Sözlərlə ifadəsi çətin, acı olsa da gerçək olan hadisələr. 20 yaşında gənc qız. Hələ həyatının baharı, hələ ilk addımlaması, ilk yeriməsi. Səkkiz günü sanki səkkiz ilə bərabər Dürdanə. Erməni vəhşiliklərini öz gözləri ilə görən, erməni qəddarlığını öz bədənində hiss edən gənc qız. Həmin o qəddarlıq ki, ömrünün sonuna qədər ilk dəfə yaşayırmış kimi xatırlayacaq əsirlikdə olduğu günləri. Nə qədər oxunması çətin olsa da, nə qədər oxuduqca insanı insanlığa nifrət etdirsə də, oxuyub məlumatlanmağa, gerçəkləri görməyə dəyər.
Ermeni Zindanında Sekiz GünDürdane Ağayeva · İHH Yayınları · 201692 okunma