“Şirkətlər qadınların çox ağıllı olduqlarına görə onlara yük olduqlarını düşünür”.
Bizdən nə istəyirlər? Axmaq qızlar həddindən artıq axmaq, ağıllı qızlar çox ağıllı, ortada qalanlar isə hədsiz adidirlər?
Bundan əlavə, ümumiyyətlə, mən hələ bilmirəm ki, ailə quracağam, yoxsa yox, uşağım olacaq, yoxsa yox. Bəlkə heç o vaxta qədər yaşamadım. Niyə arzularımdan imtina etməliyəm? Bəlkə, dediyin o gələcək heç gəlməyəcək.
Müəllimlər həmişə qızların daha ağıllı olduqlarını deyirdi. Qızların daha yaxşı oxuduqlarını, daha sakit və məsuliyyətli olduqlarını bütün uşaqlar bilirdilər, anxaq nədənsə həmişə sinif nümayəndəsi oğlanlardan seçilirdi.