Gulay

Gulay
Öyrətmə özünə...
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə, bir-birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Gəl məni, özünə öyrətmə məni, Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm, Bir az da sadəlövh uşaq kimiyəm. Bala atasına qovuşan kimi, Leylək yuvasına yovuşan kimi, Arı gül-çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur, Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə, öyrətmə məni. Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur. Bu şirinim acı olacaq isə,
Sayfa 15·Kitabı okudu
Reklam
10/10
·304 syf.··
2022 6. kitabı
·
9 günde okudu
·
Okunma: 20 Mart 2022 00:37
Bir sözlə MÖHTƏŞƏM Kitaba heyran oldum... Kitabı təzəcə əlimdən yerə qoydum və hisslərim hələ də istidi. Onları yazmaq istiyirəm bura. Sözün əsl mənasında ürəyimə toxunan kitab oldu. Gözləntim bu deyildi. Ama sözlə ifadə edə bilməyəcək qədər bəyəndim. Kitabın süjet xətti, obrazlar, hələ o son. Hər şeyi ilə nəfis idi. Deməli, kitabda hadisələr iki zaman ətrafında dönür. Biri 1940lar, digəri 2000ci il, ama bir-birlərinə bağlıdırlar. Ən zövqüverici tərəflərindən biri də elə bu idi: tez-tez bu zamandan o zamana keçirdi. Adından da görüldüyü kimi hadisələrin mərkəzində duran və hardasa hər səhnədə qabağımıza çıxan kameliyanın xüsusi növü Milbery kameliyasıdır. Baş obrazlarımızdan biri bu kameliyanı oğurlasın deyə hələ təzəcə böyük bir hüzun və kədərdən keçmiş, eyni zamanda sirrin gizləndiyi bir malikanəyə göndərilir. Digər baş obraz isə keçmişinin üzərində qorxulu kölgə olduğu yeni həyatına davam etməyə çalışarkən üstü uzun illər açılmamış müəmmanın ortasına düşür. Zamanlar və insanlar fərqli olsa da, ikisi də sirrin üstünü açır. Yazıçı hardasa 250ci səhifələrə qədər detalları az-az bizə verir. Nələrisi başında qurmaq çətin olur. Lakin son 50-60 səhifədə bütün düyünlər açılır. Bu nöqtəyə çatana qədər nəfəskəsici olur... Buna bir dedektiv əsər kimi baxmaq olmaz məncə. Amma Sarah Jio özünü bu sahədə sınamalıdı;) Bu ondan oxuduğum ilk kitab idi. Bilmirəm bu onun yazı stilidi, yoxsa sadəcə bu kitabına məxsus idi. Əgər bütün kitabları belədirsə, millət xəbəriniz olsun, yeni bir favorit əlavə olundu siyahıma. Özü də bu kameliyalar barədə biraz araşdırmağı düşünürəm. Məftunedici güllərdi həqiqətən
Sonuncu KameliyaSarah Jio · Qanun Neşriyyat · 201815,8bin okunma
Bir yaxşı çay dəmləyəsən bir yaxşı qonağın gələ əli boş ola ürəyi dolu. Çayın qala qıraqda, ürəyin süzüb içəsən İndi de görüm necəsən?
Şiir
"Canım öyle konuşmak istiyor ki. Ama kiminle konuşacaksın... Kimsem yok."
Sayfa 32·Kitabı okudu
Edebiyat
“Dünyanın en büyük cezaevi cahil insanın kafasının içidir!” Montaigne
Edebiyat
Reklam