Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Pəri

Cabir Novruz "Mən Bizim Anaları Günəşlə Tən Tuturam" Oğulları döyüşdən geri dönməyənləri, Fəqət ürəklərində ümid sönməyənləri, Bir gecədə saçını ağappaq hörənləri, Bir gözüylə ağlayıb, birilə gülənləri, Keçmiş qanlı davadan hər gün söz salanları, Gəlinsiz olanları, nəvəsiz qalanları Övlad məhəbbətilə isitmək istəyirəm, Ürək hərarətilə isitmək istəyirəm.
Reklam
Sən bu sərbəst göylərin Sərbəstcə ulduzusan. Qayğısız bir ölkənin Qayğı bilməz qızısan. Sərbəstdir alnındakı Qıvırcıq tellərin də. Sərbəstdir sənin kimi Gün görmüş ellərin də. Elə isə bir də coş, Səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara? Əhməd Cavad "Səsli qız"
Qurban Olduğum
Bilməm, məni nеçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoхsa özgəsinə üzünü tutmuş, Yеni sеvdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gеdəndən; Dеdilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat еtdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sеvgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O хoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Еşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən nеçin oyanmaz, Şirin röyasına qurban olduğum? Mikayıl Müşfiq

Okur Takip Önerileri

Tümünü Gör
TƏRPƏNMƏ, AMANDIR, BALA, QƏFLƏTDƏN AYILMA!
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay! Aldanma ayıqlıqda fəraqət ola, heyhat! Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat! Bidar olanın başı səlamət ola, heyhat!
Sənsiz
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk? Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz! Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz! Sən Nizamidən əgər arxayın olsan da, gülüm, Gecə-gündüz arayıb, olmadı rahət sənsiz! Nizami Gəncəvi