Pəri

Puan vermedi·584 syf.··
2021 49. kitabı
İlk öncə deyim ki, Cəlil Məmmədquluzadə ən sevdiyim yazarlardan biridir. Əsərləri mənə çox şey qatıb, millətini oyatmaq üçün canla-başla çalışan bu şəxsiyyətin əsərlərini oxumaq bizim borcumuzdur, zira əsərləri bir dəryadır, eləcə də felyetonları. Felyetonlarında bir çox problemlərdən danışmışdır: qadın azadlığı, mollaların özbaşınalığı, millətin avamlığı, qızların erkən evləndirilməsi və s. Ən acınası vəziyyət isə budur ki, hələ də Cəlil Məmmədquluzadənin toxunduğu problemlərdən aktual olanları var. Onun felyetonlarında balaca qızların yaşlı kişilərlə evlənməsindən, qız doğulan evlərdə yas tutulmasından danışılır. Onun "Nişanlı bir qız" felyetonundan bir parça verək: "Nişanlı qız ağlaya-ağlaya deyir ki, "ey mənim qara bəxtim, nə olardı ki, mən anadan olaydım Firəngistan şəhərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olardı ki, dünyanı işıqlandıran günün üzünə hərdənbir baxmış olaydım və atam-anam məni qoca kişiyə vermək istəyəndə bir söz danışmağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlarca yazılan kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki, dünyaya nədən ötrü gəlmişik". Cəlil Məmmədquluzadədən yaz-yaz bitməz, yenə deyirəm ki, əsərlərini, felyetonlarını oxuyun-oxutdurun.
Əsərləri - II CildCelil Memmedguluzade · Öndər Nəşriyyatı · 200437 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?

Pəri

, bir kitap okudu
Puan vermedi·584 syf.··
2021 49. kitabı
Celil Memmedguluzade
8.2/10 · 37 okunma
Bəzən biz susururq, ancaq ona görə yox ki, deməyə sözümüz yoxdur. Bəlkə, ona görə ki, daha çox şeylər demək istəyirik. Sadəcə nədən başlayacağımızı bilmirik
Sayfa 158
Din ilə dindarlığı bir-birindən ayırmaq lazımdır. Din müqəddəs və ilahidir, dindar isə adi insandır. Din doğru yolu göstərir, dindar isə o yol ilə getməyə çalışır. Bəzən düz, bəzən isə yanlış gedir. Din barəsində dindarın etdikləri ilə mühakimə yürütməzlər.
Sayfa 175