Zəhra Hadıyeva

Zəhra Hadıyeva
@Pluviophile11
This text has been automatically translated from Azerbaijani. Show Original
"O my Lord! I need every favor you have given me." Revenge 24
Əlvida, ey rəhmət ayı… Bayramınız mübarək!
Əlvida, ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı! Əlvida, ey dostlaşdığımız ən əziz vaxt, ən üstün ay! Əlvida, ey arzulara çatdıran, əməlləri çoxaldan ay! Əlvida, ey varlığı çox dəyərli, yoxluğu isə dözülməz dost! Əlvida, ey tərk olunması çətin olan ümid mədəni! Ramazanla vida duasından bir hissə..
Reklam
Qədr gecəsi hamıya xeyirli olsun.
Dualarınızda məni də yad edin.. Bu günlər də ötən Ramazanları xatırlayıram. Payızın əvvəli, yayın isti günləri… Hava isti olduğundan hamı həyət də stol açardı və səslər bir-birinə qarışardı.. Səhv etmirəmsə 2009 yaxud 2010-cu ilin yayı idi. İftardan sonra böyük şövqlə Hz Yusif serialını izləyərdik:) Uşaqkən oruc tutmasaq da Ramazana xüsusi hazırlaşırdıq. İmsaq və iftar da stol başında hazır idik)) Azan saatını həvəslə gözləyər, oruc tutanlarla birlikdə iftar edərdik. Yadımdadır köhnə antendə Sabalan tv vardı Cənubi Azərbaycandan tutardı. Ramazan ayında imsaq və iftar da, azandan öncə Asmaul-Husna duasını səsləndirərdilər. İndi də Ramazan ayında bu duaya mütəmadi qulaq asıram. Bu yaxınlarda iftar saatında duanı eşitdim və həddən ziyadə duyğulandım. Sizdə dinləyin.🥹 youtu.be/e-KygsbNVGk?si=... Ramazan da Allaha qonağıq… Bu ay da İlahi eşq var.. Eşqin ən ülvi forması.. Bu gecə ən üstün gecələrdən biri olan Qədr gecəsidir. Həm də təqvalıların imamı Əlinin (ə) şəhadət günüdür. Dualarınızda müsəlmanlara, məzlumlara, xəstələrə və Fələstin xalqına xüsusi yer ayırın. Allah qəbul etsin! Allah hər birinizə yar olsun! 💚
Bu gün biraz keçmişə qayıdaq deyə düşündüm. Nostalgiya olsun..
Camal Sürəyya deyir: “Gözəl olan nə çox şey itirdik… Küçədəki oyunları, vəfalı qonşuları və yaraya məlhəm olan o köhnə insanları.” ❤️‍🩹🥹

Reader Follow Recommendations

See All
Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, "Bir kərə yüksələn bayraq bir daha enməz!" Məmməd Əmin Rəsulzadə Doğum günün qutlu olsun, bəy!❤️ 1884-♾️
Reklam
Reklam