fikirlerimizin çeşitliliği bazılarımıza daha fazla mantık bahsedilmiş olmasından değil, sadece düşüncelerimizi değişik taraflara yönlendirmemiz ve aynı şeylere ilgi göstermiyor olmamızdan gelir. Çünkü iyi bir akla sahip olmak yeterli değildir; esas olan onu nasıl doğru dürüst uygulayacağımızı öğrenmektir.
Götenin “Gənc Wertherin iztirabları” əsəri insan duyğularının dərinliyinə baş vurmaq kimidir. Bu kitabda sevgi, təbiət, vicdan və həyat arasında qalan bir gəncin daxili sarsıntılarını oxuyuruq. Wertherin hissləri o qədər saf, o qədər səmimidir ki, oxuduqca insan onunla birlikdə sevinir, birlikdə məhv olur.
Lotte obrazı mənim üçün çox maraqlı idi — o, nə qəhrəmandır, nə də günahkar. Sadəcə, iki od arasında qalan, mərhəmətli, amma öz borcuna sadiq bir qadındır. Wertherin faciəsi də məhz bu reallıqla xəyalın toqquşmasından doğur.
Göte bu əsərlə göstərir ki, bəzən duyğular insanı yüksəldir, amma bəzən də onu içindən parçalayıb məhv edir. Hər kəs bu kitabda bir parça özünü tapır — kimisi Wertherin duyğularında, kimisi Lottenin susqunluğunda...