Götenin “Gənc Wertherin iztirabları” əsəri insan duyğularının dərinliyinə baş vurmaq kimidir. Bu kitabda sevgi, təbiət, vicdan və həyat arasında qalan bir gəncin daxili sarsıntılarını oxuyuruq. Wertherin hissləri o qədər saf, o qədər səmimidir ki, oxuduqca insan onunla birlikdə sevinir, birlikdə məhv olur.
Lotte obrazı mənim üçün çox maraqlı idi — o, nə qəhrəmandır, nə də günahkar. Sadəcə, iki od arasında qalan, mərhəmətli, amma öz borcuna sadiq bir qadındır. Wertherin faciəsi də məhz bu reallıqla xəyalın toqquşmasından doğur.
Göte bu əsərlə göstərir ki, bəzən duyğular insanı yüksəldir, amma bəzən də onu içindən parçalayıb məhv edir. Hər kəs bu kitabda bir parça özünü tapır — kimisi Wertherin duyğularında, kimisi Lottenin susqunluğunda...
"Hiyanet, aşkın zaafından istifade ederek oynunu oynadı" :((
Othello əsərinin əsas psixoloji xətti – qısqanclığın dağıdıcı gücüdür. Qısqanclıq insan psixikasının ən dərin qatlarında gizlənən bir duyğudur və Şekspir bunu Othello obrazında ustalıqla göstərir.
Qısqanclıq məhəbbəti yox edən, ağlı zəhərləyən bir duyğudur.İnsanın daxili güvənsizliyi, kompleksləri ən parlaq şəxsiyyətləri belə yıxa bilər.Manipulyatorlardan qorunmaq üçün özünü tanımaq və sağlam sərhədlər qurmaq vacibdir.
Othello əsəri yalnız bir eşq faciəsi deyil, həm də insan psixikasının ən dərin qatlarına enən bir dərsdir. Şekspir bizə göstərir ki, insan ən böyük düşmənini bəzən öz içində daşıyır.
Eserin temel psikolojik mesajı, insanı yok eden asıl gücün suç ve ihanet değil; pişmanlık ve içsel korku olduğudur. Bu hikayede Zweig, korku ve suçluluğun psikolojik dinamizmini, insanın içsel çelişkilerinin nasıl dramatik bir gerilim yarattığını ustalıkla gösterir.
Ve bir Stefan Zweig eseri daha, bir psikolojik analiz daha...
İnsan duygularının sınırsızlığını, ani bir tutkunun hayatı nasıl altüst edebileceğini gösteren hikâye – Bir Kadının 24 Saati.
Sigmund Freud Eserde Freud’un kuramı mükemmel şekilde yansımaktadır: karakterin ani arzusu (id), ardından gelen pişmanlık ve toplumsal korkular (superego), tüm bunları dengelemeye çalışan bilinç (ego). Kumar metaforu ise (bağımlılığın insanı nasıl yok oluşa sürüklediğini, gözlerini kör ettiğini göstererek) hayatı ve tutkuyu riske atmanın bir sembolüdür.
<<Böylece Zweig bize şunu hatırlatır: bazen bir anlık duygu, bir ömür boyu susmayan bir hatıraya dönüşebilir.>>
Stefan Zweig-in bu əsərində qadının duyğuları, davranışları insanı həm sarsıdır, həm də əsəbləşdirir. Onun davranışlarını yalnız “aşırı sevgi” kimi görmək kifayət deyil, burda psixoloji bir tablo var. Qadın həyatının mərkəzinə sevdiyi kişini qoyaraq öz kimliyini itirir, bütün varlığını onun diqqətinə həsr edir. <<Bu hal bağlanma nəzəriyyəsi baxımından “narahat bağlılıq” nümunəsidir – yəni insan yalnız seviləndə dəyərli olduğunu hiss edir.>>
Qadının sevgisini açıq şəkildə etiraf etməməsi isə həm rədd edilmə qorxusundan, həm də xəyallarını qoruma ehtiyacından qaynaqlanır. Əslində o, real münasibət deyil, idealizə etdiyi bir sevgi ilə yaşayır. Bu isə sağlam sevgidən çox obsesiv bağlılığa işarə edir.
Oxucu olaraq mən də təəssüf və bir qədər həyəcan yaşadım :( insanın özünü tamamilə bir başqasına fəda etməsi həm faciəvi, həm də üzücüdür. Bu hekayə bizə göstərir ki, sevgi gözəldir, amma özünü silmək bahasına yaşananda artıq dağıdıcı olur. :/