Elgün Şükürov

Elgün Şükürov
@QreqorSamsa
6 okur puanı
Ocak 2019 tarihinde katıldı
Cubi-zaifra əgrəş tərbiyət dəhi Cayi rəsəd kü busəkəhe-xosroval şəvəd. Əgər nazik çubuq parçasına da tərbiyə versən elə bir mövqeyə yüksələr ki, xosrovların busə yeri olar (tütək nəzərdə tutulur).
Sayfa 160·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Mövləvilərin Piri Cəlaləddindən soruşdular: "Eşq nədir?" Cavab verdi: "Mən ol da, bil! Əsl Kəbə daş və torpaqdan tikilən bina deyildir. Allahın evi onun yaratdığı əsl insanın qəlbidir. Onu tap, onu ziyarət elə".
Sayfa 167 - Şah İsmayılın Konya səfəri·Kitabı okudu
Deyəsən o məni cavanlığıma bağışladı... Mən isə onun qadın olduğunu anladım. Necə dedi: Sən də yaxşı bilirsən ki, bu dava iki düşmən xalq arasında getmir. Qıran da, qırılan da bir elin, bir xalqın övladlarıdır.
Sayfa 124 - Şah İsmayıl Sultanım xanım haqqında·Kitabı okudu
- Onlar bir olan Allahın peyğəmbəri, rəsuli-xudanın vəsisi Əliyyəl-Mürtəzanın amallarını yaymaq uğrunda şəhid olmuşlar. Mənim də yolum Əli yoludur. Əlinin Qəmbərinin Qəmbəriyəm. - Əfv et! Qəmbər bizlərdə bax bu ayaqlarımız altındakı qara bülöv daşına deyərlər. Sən ürəyi bərklikdə qəmbərsən, ya nədə? Sultanım xanımın sözləri İsmayılın qəlbinə qılınc yarasından da acı bir yara vurdu...
Sayfa 119·Kitabı okudu
Alıntı
Bakı 1501
Puan vermedi·353 syf.··
2026 1. kitabı
Çox yox cəmi üç hissədən ibarət olan bu roman Şah İsmayılın həyatını, qərarlarını, şəxsiyyətinin formalaşmasını anlamaq üçün olduqca dəyərli mənbədir. Şahın qərarları ilə şair ürəyinin təzadlarını ortaya qoymuşdur. Əslində elə mənim vermək istədiyim sualları obrazların dilindən şaha ünvanlamışdır, hərçənd ki, istədiyim cavabları ala bilmədim. Güman ki, yazıçının özü də yanlış cavablamaqdan çəkinir. Bəsit görünən hadisələrin arxasında duran mürəkkəb, təlatümlü yaşantıların olduğunu göstərir.
Edebiyat & Roman
Bakı 1501Əzizə Cəfərzadə · Qanun Nəşriyyatı · 0102 okunma