Raya Zulfugarova

Biz bu dünyada azad, sərbəst insanlarkən bütün bu xoşagəlməz maneələr nə üçün ürəyimizi məngənə kimi sıxmalıdır? Niyə biz çıxış yolu tapmaqda bu qədər əzab çəkməliyik? Bu qədər götür-qoy etməliyik?...
Sayfa 257·Kitabı okudu
Reklam
Biz öz haqqımızı, xoşbəxtliyimizi köhnə əqidələri, köhnə anlayışlara qurban verə bilmərik. Lap anamız da olsa qurban verə bilmərik. Bizim borcumuz bədbəxtlik törədən hər bir şeylə mübarizə aparmaqdır. İnsanın məhəbbətini, arzularını məhv etmək onun özünü məhv etmək deməkdir.
Sayfa 240·Kitabı okudu
Bəzən anaların məhəbbəti çox qısqanc olur...Oğluna qarşı meydana çıxan ikinci məhəbbətin şiddəti ananı narahat edir...O, oğlunu itirəcəyindən qorxur.
Sayfa 237·Kitabı okudu
Kim deyir ki insanın böyüklüyü onun vəzifəsindən və ya dühasından asılıdır?
Sayfa 199·Kitabı okudu
Bilirsinizmi, sevgidə iki şey çox pisdir: biri aldatmaq, özünü istəyən kimi göstərmək, ikincisi də istəmiş olduğun adamı vəzifəyə, pula, vara satmaq.
Sayfa 151·Kitabı okudu
Reklam