Məgər insanların bütün səyləri bizdə olanlara sahib olmaqdan ötrü deyilmi? Bəs edəcək qədər yemək və birlikdə olmaq.
Evimizdə şənlikdir bu gün və bundan yalnız mənim xəbərim var. Bu anı, ehtimal ki, sabah təkrarlanmayacaq dəqiqələri yaşamaq, onu qorumaq bayramıdır. Ayağımın altındakı titrəyişi hiss edirəm. Ayrılığın qoxusunu alıram.