Rəfi

Rəfi
Turizm
ADMİU
10 Haziran 1997
79 okur puanı
Şubat 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Rəfi yorumladı.
- Sən eybəcər deyilsən, Vinsent. Sən gözəlsən. Sən qəlbini, ruhunu özündə yaşadan zavallı bədənini üzüb əldən salmısan, ancaq sən məhz qəlbini məhv etməkdə acizsən. Axı mən də elə sənin qəlbinə vurğunam. Nə vaxtsa sən özünü coşqun işinlə məhv etsən də, bu qəlb yaşayacaq... Həmişəlik, əbədi. Mənim sənə olan məhəbbətim də onunla bərabər yaşayacaq. Sən məhəbbət üçün yaranmamısan. Sən iş üçün yaranmısan. Gün gələcək, bütün dünya, bütün bəşəriyyət bunu təsdiq edəcək, Vinsent.
Aşk
Təsdiq etdi.
Reklam
Rəfi yorumladı.
Vinsent Van Qoq və atası Teador Van Qoq arasında məni çox üzən dialoq.
- Vinsent, heç elə olubmu ki, çəkdiyin tamam alınsın? Qorxuram, sən böyük bir səhv edəsən. + Etdiyim səhvlərin sayı-hesabı yoxdur, ata. Sən məhz nəyi nəzərdə tutursan? - Mənə elə gəlir ki, səndə istedad olsaydı, əgər sən, doğrudan da, bir rəssam kimi doğulsaydın, onda hər şey necə lazımdırsa, elə ilk dəfədən alınardı. + Bəli, ata, ola bilsin, bu elə sən deyən kimidir... Ancaq, daha əzmlə çalışmaq, çətinliyə qalib gəlmək lazımdır. - Güman etmirəm.
Sayfa 133
Dünya Klasikleri
2023-cü il. Nə çox elə atalar. Nə az elə Van Qoqlar.
Bir arpa boyu yol almamışıq, doğru.
Rəfi bir yorumu yanıtladı.
10/10
·240 syf.··
2023 29. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Haziran 2023 19:56
"Bahar mehi" sənədli romanı İlkin Rüstəmzadənin ən son nəşr edilən, mənim isə onun yaradıcılığından oxuduğum ilk əsəri idi. Əsər dahi fars şairi Sədinin şeiri ilə başlayır. Görəsən, indi necədir Bağçamın vəziyyəti? Söylə, ey bahar mehi. ... İlkin bəyin "facebook"dakı paylaşımlarından kitabı oxuyan şəxslərin yaşanmış bir həyat olduğuna dair heyrət dolu şərhlərini görürdüm. Açıqcası qəribə gəlmişdi, kitabı oxuyanların yuxarı-aşağı hamısının fikirlərinin üst-üstə düşməsi. Bitirdikdən sonra, heç bir şərhin şişirdilmədiyinin, hətta zəif qaldığı qənaətinə gəldim. Çox təsirli idi və bir o qədərdə bu yaşanmış hadisənin qəhrəmanının ölmədən yazıçı ilə görüşünə, hadisələri ona nəql etməsinə sevindim. Roman İranda da oxunması üçün mütləq ən qısa zamanda fars dilinə tərcümə edilməlidir. "Bahar mehi" Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli qalmış ən möhtəşəm, hüznlü və ağrılı hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınmışdır.
Roman
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202317 okunma
👏👏👏
🙏🏼❤️