Bir sənət əsəri sadəcə sənətkarın duyğularından ibarət deyildir. Orada sənətkarın həm ağlı, həm qəlbi, həm də ruhu vardır. Ağıl, qəlb, ruh haradan qidalanırsa, əsərdə əks olunan da odur.
Unutmaq bəzən nemətdir. Dərdlərimizi heç vaxt unutmadığımızı, onların çoxalmış vəziyyətdə sürəkli davam etdiyini təsəvvürünüzə gətirin. Bu mənada unutmaq, həqiqətən, böyük nemətdir. Amma mütləq dəyərli olanı əsla unutmamalıyıq. Bizi var edən dəyərləri: həqiqəti, sevgini, dostluğu, sədaqəti...